QMİ ayın görünməsinin dəqiq vaxtını açıqladı
Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə əlaqədar ayın görünməsinin dəqiq vaxtını açıqlayıb.
Milli.Az qurumun rəsmi saytına istinadla xəbər verir ki, təzə Ay (Hilal) bu gün, iyun ayının 14-ü saat 20:20-dən sonra görünə biləcək.
Beləliklə, sabah, iyun ayının 15-i, Şəvval ayının 1-i, yəni Eid-əl-Fitr bayramıdır.
Qeyd edək ki, görüntü Şamaxı Astrofizika Rəsədxanasına məxsusdur.
Mənbə:> Milli.Az