Ramazan ayı başladı
Bu gündən etibarən İslam dünyasında Ramazan ayı başladı.
Oxu.Az xəbər verir ki, dünən niyyət axşamı idi və bu gün isə Ramazanın ilk günü hesab olunur.
Qeyd edək ki, Ramazan ayının başlanması ilə bağlı QMİ-nin Qazilər Şurasının fətvası var. Fətvaya əsasən bu il Azərbaycanda miladi təqvimlə 7 iyun, hicri tarixlə Ramazan ayının birinci günüdür.
Eydül-Fitr (Fitr bayramı) isə şəvval ayının 1-nə, miladi təqvimlə iyulun 6-na təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.
Eyni zamanda QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında tərtib etdiyi müqəddəs Ramazan ayının təqvimini də açıqlayıb. Təqvimdə müqəddəs Ramazan ayında hər gün oxunan, eləcə də iftardan qabaq oxunan dualar yer alıb.
Mənbə:> Oxu.Az