Makedoniyanın adı dəyişdirildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Makedoniyanın adı dəyişdirildi

Makedoniyanın adı dəyişdirildi

Yunanıstanın baş naziri Aleksis Sipras makedoniyalı həmkarı Zoran Zayevlə Makedoniya Respublikasının konstitusiyada nəzərdə tutulan adının dəyişdirilməsi ilə bağlı ortaq məxrəcə gəlib.

RİA Novosti bildirir ki, razılaşma rəsmi Skopyenin Avropa İttifaqına və NATO-nun üzvlüyünə qəbul olunmasına təkan verə bilər.

Məlumata görə, Siprasla Zayev arasında iyunun 12-də baş tutan telefon danışığında bütün ziddiyyətli məqamlar həllini tapıb. Ölkənin bundan sonra Şimali Makedoniya adlandırılacağı bildirilir.

Sipraz əldə olunmuş razılaşma ilə bağlı Yunanıstanın dövlət telekanalı ilə çıxış edib.

Bundan əvvəl Yunanıstandan olan siyasi partiyalar Makedoniya adının Zoran Zayev tərəfindən təklif olunan yeni variantı ilə razılaşmamışdılar. “İllinden Makedoniyası” adı yunan siyasətçilərin qane etməmişdi.

Onların fikrincə, bu ad bilavasitə Egey dənizininə qədər uzanan ərazilərdə (Saloniki daxil olmaqla) “makedon milləti və dövləti” formalaşdırmaq cəhdləri ilə əlaqədardır.

Mənbə: RİA Novosti
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *