Yardımlıda saxta əlillik dərəcəsi verən “qızıl dördlüyün” sərgüzəştləri: Hər kənddə dəllalları var və… » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Yardımlıda saxta əlillik dərəcəsi verən “qızıl dördlüyün” sərgüzəştləri: Hər kənddə dəllalları var və…

Yardımlıda saxta əlillik dərəcəsi verən “qızıl dördlüyün” sərgüzəştləri: Hər kənddə dəllalları var və…


Saxta əlillik dərəcələrinin və pensiyaların təyin olunması ölkə boyunca müşahidə olunan ciddi problemdir

Keçmiş rəhbərliyin yaratdığı korrupsioner sistem problemi daha da aktuallaşdırıb. Sözügedən məsələ Yardımlı rayonu üçün də xarakterikdir.
Yardımlı rayonundan Savash.org-un redaksiyasına göndərilmiş şikayətdə iddia olunur ki, 2015-ci ilin sonundan bu yana təyin olunmuş əlillik dərəcələri və müavinətlər araşdırılarsa ortaya çox ciddi qanunsuzluqlar çıxar.
Yardımlıda saxta əlillik dərəcəsi verən "qızıl dördlüyün” sərgüzəştləri: Hər kənddə dəllalları var və…Şikayətçi yazır: "Yardımlı Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin və komandasının qurduğu oyun nəticəsində rayonda kifayət qədər saxta müavinətlər təyin olunub. Yardımlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Şahbaz oğlu Əkbərov, 31 Saylı TSEK-in Yardımı rayonu üzrə nümayəndəsi Verdiyev Ramin Vaqif oğlu, Yardımlı rayon Mərkəzi Xəstəxanasının diş həkimi Mehman Abbasov və Yardımlı rayon Mərkəzi Xəstəxanasının həkimi və Uşaq komisiyasının sədri Mirəbülfəz Mizrəziz oğlu Məmmədovun birlikdə yaratdıqları sistem indi də "uğurla” fəaliyyət göstərməkdədir”.
Adı çəkilən vəzifəli şəxslərin elektron sistemdən istifadə edərək vətəndaşlara saxta müavinətlər təyi etdiyini bildirən şikayətçi bunun necə reallaşdığının da təsvir edib: "Bütün işlərin başında Rasim Əkbərov dayanıb. Bunlar elerkton sistemden isdifadə edərək vətəndaşlardan 3 min manatdan pul yığırlar ve xəstə olmayan vətəndaşlara saxta əlilik dərərcələri verməklə məşğuldurlar. Onların hər kənddə bir dəllaları var, həmin dəllallar müştəri tapmaqla görəvləndirilib”.
Şikayətçi sonda Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayeva müraciət edərək komissiya təşkil edərək Yardımlı rayonuna ezam etməsini xahiş edir.
Savash.org olaraq bildiririk ki mövzu diqqətimizdədir və məsələylə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.savash.org

Mənbə: Xeberçi.tv
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *