Cənub bölgəsində yeni yolun açılışı olub
Cənub bölgəsinin ucqar dağ rayonu olan Yardımlının Perimbel kəndində yeni çəkilən asfalt yolun açılışı kənddə əsl bayram kimi yaşanıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, narahat dağ yoluna asfalt çəkilməsi sakinlərin illərdir davam edən narahatlığına son qoyub.
Rayon mərkəzindən 13 km aralıda yerləşən Perimbel kəndinin sakinləri də bundan sonra asfalt yoldan istifadə edə biləcəklər.
Kəndə yeni yolun çəkilişinə böyüklü, kiçikli hamı sevinir. Bu münasibətlə düzənlənən mərasimdə də hər kəs yolun çəkilişində zəhməti olanlara ürəkdən minnətdarlıq edib, ölkə başçısının dağ kəndinin sakinlərinə göstərdiyi diqqəti yüksək dəyərləndirib.
Qeyd edək ki, Perimbel yolu təqribən 20 gün müddətinə, rayonun daxili imkanları və texniki şərtlər nəzərə alınaraq çəkilib. Perimbel kəndinə yeni yolun şəkilişi həm də ərazinin geniş turizm imkanlarından səmərəli istifadəyə imkan yaradacaq.
Mənbə:> ANSPRESS