Azərbaycanın bu kəndi görməyənləri şoka salır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Foto

Azərbaycanın bu kəndi görməyənləri şoka salır – FOTO

Azərbaycanın bu kəndi görməyənləri şoka salır


Qazaxın Yuxarı Salahlı kəndində qədim bayramımız olan Novruzu digər bölgələrdən fərqli qeyd edirlər.

AzNews.info-nun Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, həmin gün kənddən kənarda olanlar hamısı doğma Salahlıya qayıdır. Ən maraqlı anlar isə gecə düşəndə başlayır. Kəndin gəncləri müxtəlif paltarlar geyinərək, pariklər taxaraq musiqi sədaları altında qapı-qapı gəzib bayramlaşır, ev sahibindən bayram paylarını alırlar.

Artıq 20 ildir kənddə Novruz belə qeyri-adi formada qeyd olunur. Gənc oğlanlar müxtəlif qadın paltarları geyinib evlərə getməklə həm onları əyləndirir, həm də öz sevdikləri xanımları yaxından görə bilirlər. Kəndin hər tərəfindən alovlanan bayram tonqalları isə xüsusi gözəllik yaradır. Kəndlilər bu bayramı Salahlı karnavalı adlandırırlar. Səhər saatlarına qədər davam edən Salahlı karnavalı görməyənləri həqiqətən şoka salır.

Mənbə: Kəpəz TV
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *