Azərbaycanda yaralı qadına qarşı ŞOK HƏRƏKƏT! » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Video

Azərbaycanda yaralı qadına qarşı ŞOK HƏRƏKƏT! – VİDEO

Azərbaycanda yaralı qadına qarşı ŞOK HƏRƏKƏT!


Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.info-nun APA-ya istinadən xəbərinə görə hadisə bu gün səhər saat 5:00 radələrində Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb.

"KİA" markalı minik avtomobili sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Zərbənin təsiri nəticəsində irigövdəli ağac ortadan sınaraq avtomobilin üstünə aşıb.

Hadisə zamanı sərnişin, İsmayıllı sakini, 1973-cü il təvəllüdlü Rəsulova İradə Rəsul qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadası çağırılıb. Həkimlər ora gələn zaman yüngül xəsarət almış orta yaşlı sürücünün avtomobildəki yaralı qadının əl çantasını götürərək yoldan keçən "Mersedes" markalı minik avtomobili ilə hadisə yerindən qaçdığını görüblər. İ.Rəsulova İsmayıllı rayonundan olan həmin kişini tanıdığını deyib. Sürücünün sərxoş olduğu bildirilir.

Xəsarət alan qadın Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Hazırda polis əməkdaşları sürücünün tapılması üçün tədbirlər görürlər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *