Qəbələdə dəhşətli qəza, ölən və yaralanan var » AzNews.info -Xəbər portalı

Qəbələdə dəhşətli qəza, ölən və yaralanan var – VİDEO

Qəbələdə dəhşətli qəza, ölən və yaralanan var



Qəbələdə bir nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzNews.info ARB TV-yə istinadən xəbər verir ki, hadisə gecə saat 1:30 radələrində Qəbələ-Oğuz avtomobil yolunda, Nic qəsəbəsi ərazisində qeydə alınıb.

1992-ci il təvəllüdlü Qaracayev İntiqam Abdulla oğlunun idarə etdiyi 99-EK-352 dövlət nömrə nişanlı “Mersedes” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən sürücü qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı 24 yaşlı sürücü İntiqam Qaracayev aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış İntiqam Qaracayevin meyitini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Qəza zamanı avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Abbasova Esmira Əsədəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: ARB TV
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *