Ağsuda avtomobil aşdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Ağsuda avtomobil aşdı

Ağsuda avtomobil aşdı


Ağsu rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Aznews.info APA-ya istinadən xəbər veirr ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki rayonu Böyük Dəhnə kənd sakini, 1968-ci il təvəllüdlü Nuxov Vüqar Fidai oğlu idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü Vüqar Nuxov, onun oğlu 1995-ci il təvəllüdlü Nihad Nuxov, kürəkəni 1987-ci il təvəllüdlü Yusifov Polad Vaqif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *