Ağsuda avtomobil atı vurub: Ağır xəsarət alanlar var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Ağsuda avtomobil atı vurub: Ağır xəsarət alanlar var

Ağsuda avtomobil atı vurub: Ağır xəsarət alanlar var


Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sahibsiz buraxılan heyvanlar növbəti dəfə ağır nəqliyyat hadisəsinə səbəb olub.

Aznews.info APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında yolun Ağsu rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçay şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ağasəf Bəhruz oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən qarşısına çıxan atı vurub. Hadisə nəticəsində sürücü Ağasəf Məmmədov və sərnişini, Göyçay rayonu Çərəkə kənd sakini, 1998-ci il təvəllüdlü Əliyev Məhəmməd İsmayıl oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *