Zaqatalada güclü zəlzələ: dağıntılar barədə ilkin məlumatlar daxil olur » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Zaqatalada güclü zəlzələ: dağıntılar barədə ilkin məlumatlar daxil olur – YENİLƏNİB

Zaqatalada güclü zəlzələ: dağıntılar barədə ilkin məlumatlar daxil olur

Ötən gün axşam saatlarında Azərbaycanın Şimal-qərb bölgəsində 6 bal gücündə baş verən zəlzələ Qax rayonunda fəsadlar törədib. Rayonun Zaqatala ilə sərhəddə yerləşən Güllük kəndində yeraltı təkanlar daha çox hiss olunub.

Zəlzələ nəticəsində bəzi tikililərdə və evlərdə çatlar əmələ gəlib, həmçinin kiçik sahibkarlıqla məşğul olan şəxslərə ziyan dəyib.

Güllük kənd icra nümayəndəsi İlqar Məmmədovun verdiyi məlumata görə, idarəyə bəzi tikililərdə çatların əmələ gəlməsi ilə bağlı məlumatlar daxil olub:

"Hazırda gecə saatları olduğu üçün çatların əmələ gəldiyi evlərin dəqiq sayını demək mümkün deyil. Ancaq əhali növbəti təkanların ola biləcəyindən qorxaraq evlərə girə bilmir. Səhər saatlarında daha ətraflı məlumat əldə edəcəyik".

virtualaz.org qeyd edir ki, 6 bal orta güclü zəlzələdir və bu cür yeraltı təkanlarda nisbətən köhnə tikililəri dağılması, yaxud ciddi ziyan çəkməsi qaçılmazdır. Təbii fəlakət nəticəsində dəyən ziyanın miqyası yəqin ki, gün ərzində aydınlaşacaq.

* * *00:11
Zaqatalada güclü zəlzələ: dağıntılar barədə ilkin məlumatlar daxil olur

İyunun 5-i axşam saatlarında Rusiya-Azərbaycan sərhədində güclü zəlzələ baş verib.

Gürcüstanın Milli Seysmologiya Mərkəzi xəbər verir ki, zəlzələnin maqnitudası 5,7 bal təşkil edib.

Bildirilir ki, təbii fəlakət Bakı vaxtı ilə 22:40-da olub. Onun ocağı yerin 16 km dərinliyində qeydə alınıb. Zəlzələnin episentri Azərbaycanın Zaqatala şəhərindən 20 km, Gürcüstanın paytaxtı Tbilisidən isə 169 km aralıda olub.

Yeraltı təkanlar Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyanın cənubunda hiss olunub. (Report)

* * *23:41

Azərbaycanın Şimal-Qərb bölgəsində 5,1 maqnituda gücündə zəlzələ olub.

Yeraltı təkanlar saat 22:40 radələrində qeydə alınıb və 1 dəqiqəyə yaxın davam edib.

Yeraltı təkanlar Qaxla yanaşı, Şəki Zaqatala, Gəncə və digər ətraf rayonlarda hiss olunub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *