Sumqayıtda 542 müəllim işdən çıxarıldı
Sumqayıtın ümumtəhsil müəssisələrində yaş senzinə görə işdən azad olunan müəllimlərin sayı açıqlanıb.
Sumqayıt şəhər Təhsil Şöbəsindən Xeberle.com-a verilən özəl məlumata görə, 2011-ci ildən bu günə qədər 65 yaşına çatmış 542 müəllimin fəaliyyətinə xitam verilib ki, onlardan 345-i qadın, 197-si kişidir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına isə yol verilmir.
Mənbə:> Xeberle.com