Azərbaycanda iki nazirliyin 30 əməkdaşı vəzifədən azad olunub » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda iki nazirliyin 30 əməkdaşı vəzifədən azad olunub

Azərbaycanda iki nazirliyin 30 əməkdaşı vəzifədən azad olunub


Bu ilin ötən dövrü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin 30 əməkdaşı yaş həddinə görə vəzifədən azad olunub.

AzNews.info xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq adıçəkilən nazirliklərin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətindən bildirilib ki, nazirlikdə əmək qanunvericiliyinin tələblərinə ciddi formada əməl edilir:

"Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Bu ilin ötən dövrü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 27 əməkdaşı yaş senzinə görə işdən azad olunub".

Məlumatda qeyd olunub ki, 65 yaşa çatan işçinin dövlət müəssisəsində çalışma müddətini müvafiq dövlət orqanının rəhbəri hər dəfə 1 ildən çox olmayaraq uzada bilər:

"Nazirliyin bir neçə əməkdaşının 65 yaşı tamam olmasına baxmayaraq, tutarlı səbəblərdən onların işdə qalmaları müəyyən müddətə uzadılıb".

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 2015-ci ilin ötən dövründə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş senzinə çatan nazirliyin 3 əməkdaşının əmək müqaviləsinə xitam verilib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *