Leyla Əliyeva "Moda məkanı" sərgisinin açılışında iştirak edib – FOTO
İyunun 4-də Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında "Moda məkanı" adlı sərginin açılış mərasimi keçirilib.
Virtualaz.org bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
Açılış mərasimində Aleksandr Vasilyev Fondunun prezidenti, kolleksiyaçı, moda tarixçisi, sənətşünas Aleksandr Vasilyev sərginin konsepsiyası haqqında danışıb.
Sərgi dekabrın 2-dək davam edəcək.
Xatırladaq ki, bu, Aleksandr Vasilyev Fondunun Heydər Əliyev Mərkəzində təqdim etdiyi ikinci sərgidir. 2017-ci il oktyabrın 5-dən 2018-ci il aprelin 29-dək davam edən "Modernizm və moda" sərgisində 1960-cı illərə aid geyim və aksessuarlar nümayiş olunmuşdu.
Mənbə:> Virtualaz.org