Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi – FOTO

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi


Bu gün – dekabrın 30-da Bakıda Azərbaycan Yoqa Federasiyasının istiqamətlər üzrə rəhbərlərinin toplantısı keçirilib.

Oxu.Az xəbər verir ki, görülmüş işlər üzrə hesabat dinlənilib və fikir mübadiləsi aparılıb.

İclasda yoqanın Azərbaycanda populyarlaşmasında xidmətləri olan şəxslər, o cümlədən DTX rəhbəri Mədət Quliyev, olimpiya çempionu Elnur Məmmədli, yoqa üzrə beynəlxalq diplom sahibi, Yoqa Şiromani tituluna yiyələnmiş Elçin Quliyev və Azərbaycanda yoqanın digər təmsilçiləri iştirak ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Yoqa Federasiyasının prezidenti seçilib.

Azərbaycan Gənclər və İdman Nazirliyi Yoqa Federasiyasının bugünkü iclası barədə məlumatlandırılıb. Leyla Əliyevanın Yoqa Federasiyasının prezidenti seçilməsi haqqında müvafiq hesabat nazirliyə göndərilib.

Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda yoqanın populyarlaşdırılması ilə fəal məşğul olur və tez-tez yoqanın təbliğinə həsr edilmiş tədbirlərdə iştirak edir. Belə ki, Leyla Əıliyeva 2017-ci il dekabrın 24-də Bakıda keçirilmiş yoqa üzrə master-klassda iştirak edib.

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi
Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *