Lənkəranskinin yaxın dostu həbs olundu – VİDEO
Lənkəranskinin yaxın dostu həbs olundu
Azərbaycanlı kriminal avtoritet Hacıbaba Talıbxanlı həbs olunub.
Cinayət aləmində “Hacı Beyləqanski” ləqəbilə tanınan "qanuni oğru" ötən gün Moskvada keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılıb. Onun həbsinin səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, “Hacı Beyləqanski” İstanbulda qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin yaxın dostu olub. O, bir müddət əvvəl Nadir Səlfova (Lotu Quli) qarşı sui-qəsd cəhdində şübhəli bilinərək saxlanılmışdı.
Mənbə:> azvision.az