Lənkəranskinin qardaşı polis nəzarətinə götürüldü » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Kriminal

Lənkəranskinin qardaşı polis nəzarətinə götürüldü

Lənkəranskinin qardaşı polis nəzarətinə götürüldü

“Sputnik Azərbaycan” 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı Namiq Canıyevin İstanbul məhkəməsinin qərarı ilə azadlığa buraxılması barədə xəbər yayıb.

Sayt Türkiyənin hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən bildirib ki, guya Canıyevlə birlikdə ötən ilin noyabrında “qanuni oğru” Nadir Səlifova (“Lotu Quli”) qarşı sui-qəsdə cəhddə şübhəli bilinərək saxlanılan digər şəxslər də azad ediliblər.

Virtualaz.org-un səlahiyyətli mənbələrdən əldə etdiyi məlumata görə, bu informasiya həqiqətə uyğun deyil. Namiq Caniev Azərbaycanın 4 vətəndaşı ilə birlikdə yalnız zaminə buraxılıb.

Onlara Türkiyəni tərk etmək qadağan edilib. Üstəlik onlar, məhkəmə təhqiqatının tamamlanmasına qədər, gündə iki dəfə türk polisində qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, Namiq Caniyev noyabrın 2-də Türkiyə polisinin keçirdiyi operativ əməliyyat nəticəsində İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb. Onun da daxil olduğu 13 nəfərlik qrup 22 illik həbsxana həyatından sonra Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılmış və Türkiyəyə getmiş “qanuni oğru” Nadir Səlifova qarşı sui-qəsd planlaşdırmağa cəhd edib. Onlar “Lotu Quli” və ətrafı ilə haqq-hesab çəkmək istəyirmişlər...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *