AST Telman Lotu Qulinin həyatını necə xilas etdi? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Maraqlı

AST Telman Lotu Qulinin həyatını necə xilas etdi?

AST Telman Lotu Qulinin həyatını necə xilas etdi?


Qanuni oğru Nadir Səlifovun (Lotu Quli və ya Quli Bakinski) sağ qalmasında azərbaycanlı iş adamı Telman İsmayılovun xidmətləri olub.

"Qaynarinfo" xəbər verir ki, bu barədə informasiyanı "Sputnik Azərbaycan” etibarlı mənbəyə istinadən yayıb.

Belə ki, noyabr ayında İstanbul polisi Səlifova qarşı sui-qəsdin qarşısını aldı. Polis əməliyyat nəticəsində Bakırköy rayonunda yerləşən bir qrup killeri ələ keçirdi. İsmayılov, əlbəttə, Quliyə qarşı hazırlanan sui-qəsdin ifşa edilməsində iştirak etmədi. Maraqlı məqam odur ki, əgər Rusiya İstintaq Komitəsinin İsmayılova qarşı cinayət işi məsələsi olmasaydı, o zaman İstanbul polisi hücum barədə sui-qəsdin gerçəkləşdirilməsindən sonra xəbər tutacaqdı.

Agentliyin iddiasına görə, Telman İsmayılovu mərhum qanuni oğru Rövşən Lənkəranskinin ölümündə günahkar etmək istəyirlər. Guya məhz İsmayılov Lotu Qulinin qardaşı Namiq Səlifov vasitəsilə Lənkəranski qətlinin təşkilatçılarına onun yeri haqqında məlumat ötürüb. Məsələ ondadır ki, Namiq Səlifov İsmayılovun Antalyadakı villasında tez-tez qonaq olub. Hələlik Lənkəranskinin qətlinin üstü hələ də açılmayıb və Qulinin bu cinayətdə günahı sübut edilməyib. Lakin kriminal dairələrdə bəzi şəxslər Lənkəranskinin qətlinin Qulinin işinə yaradığını təsdiq edirlər.

Rusiya artıq İsmayılovu qiyabi həbs edib və onu beynəlxalq axtarışa verib. Moskvanın məhz bu addımı İsmayılovu qorxuya salıb və o, Türkiyəni tərk edərək, Avropada gizlənib. Bununla belə, İsmayılov Türkiyəni tərk etməzdən öncə onun evində Hacı Beyləqanski də tez-tez qonaq olub və hətta onunla telefonla da əlaqələr qurub. Hacı Beyləqanskinin izlənilməsindən sonra polislər gözləniməz fakt ortaya çıxarıblar. Məhz bunun nəticəsində Quliyə qarşı cinayətin qarşısı alınıb.

Qeyd edək ki, noyabrın əvvəlində İstanbulda xüsusi killer qrup ələ keçirib. Onların Nadir Səlifova qarşı sui-qəsd həyata keçirmək istədikləri iddia edilir. Polisin əməliyyatı nəticəsində Orxan İsmayılov, Namiq Canıyev, Camal Həsənov, Əbdürrəhman Çolaq, Orxan Ərgin, Hacı Ömər Ərtəkin, Əmrə Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Dənizçi, Məhməd Səbri Şirin həbs olunub.

Mənbə: Qaynarinfo
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *