Azərbaycanda həkim iynəni doğuşa gələn qadının qarnında qoydu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Səhiyyə

Azərbaycanda həkim iynəni doğuşa gələn qadının qarnında qoydu

Azərbaycanda həkim iynəni doğuşa gələn qadının qarnında qoydu


Əməliyyat zamanı iynə xəstənin qarnında qalıb.

Faktor.az xəbər verir ki, bunu Sabirabad rayon sakini Vüsalə Abdullayeva bildirib.

O iddia edir ki, həkim Xəlilova Günay Mirzəcan qızı əməliyyat zamanı iynəni sındırıb və yarımçıq iynə onun qarın boşluğunda qalıb:

"2016-cı ildə Sabirabad rayon Doğum Evində gözümdə problem olduğu üçün qeysəriyyə əməliyyatı oldum. Uşağım dünyaya gəldi. Lakin əməliyyatdan 5-6 ay sonra vəziyyətim getdikcə pisləşdi. Həmin gündən bu ilin fevralına kimi müalicə alırdım, lakin bir xeyri olmurdu. Sonradan məlum oldu ki, qeysəriyyə əməliyyatı zamanı iynə sınıb və yarısı mənim qarnımda qalıb. Həmin həkimə müraciət etdim ki, bəs əməliyyat zamanı belə bir şey baş verib, biz nə edək? O, mənə heç bir köməklik etmədi. Məcbur başqa yerdə əməliyyat olunub, iynəni çıxartdırdıq. Deyəndə ki, sizdən şikayət edəcəm. Bildirdi ki, get, kimə nə istəyirsən de. Mənə heç kim heç nə edə bilməz. Qeyd edim ki, iynənin qeysəriyyə əməliyyatı zamanı qarnımda qalması ilə bağlı tibbi ekspertizanın rəyi də var. İş hazırda Sabirabad rayon Prokurorluğundadır. İynəni çıxardan Leyla Şıxlinskaya klinikasının həkimi Rəşad Babayevə iynəni əməliyyat zamanı qarnımda qoyan həkim Günay Xəlilova təzyiqlər edib. Rəşad həkim mənə dedi ki, xahiş edirəm ərizəni geri götürün. Məni işdən çıxarmaqla və ailəmlə hədələyirlər. Rəşad Babayev bu baş verənlərdən sonra izahatında bildirdi ki, iynəni çıxarmışam və heç bir fəsadı yoxdur. Ekspertiza rəy verdi ki, iynə qeysəriyyə əməliyyat zamanı qarında qalıb, amma heç bir fəsadı yoxdur. Sonra mən Rəşad həkimlə əlaqə saxladım ki, sən niyə bu cür izahat verdin? Cavabında bildirdi ki, mən sizə dedim axı, işimi itirməkdən qorxuram. Mənə olan təzyiqlərdən sonra o cür izahat verə bilməzdim. Hazırda mən ekspertiza rəyindən imtina etmişəm. Çünki mənim bədənimdə hələ də yara var və mən müalicə alıram".

Azərbaycanda həkim iynəni doğuşa gələn qadının qarnında qoydu
Azərbaycanda həkim iynəni doğuşa gələn qadının qarnında qoydu
Azərbaycanda həkim iynəni doğuşa gələn qadının qarnında qoydu


Qeyd edək ki, Günay Xəlilova Sumqayıt şəhərinin deputatı və “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilovun qızıdır. Hazırda Elmi-tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda ginekoloq kimi fəaliyyət göstərir. Məsələ ilə bağlı G.Xəlilova ilə əlaqə saxladıq. O, iddiaçının haqsız olduğunu bildirdi:

"Siz prokurorluq deyilsiniz. İstər Səhiyyə Nazirliyi, istərsə də aidiyyatı orqanların bu haqda məlumatı var. Mən Sabirabadda 3 il canımı qoyumuşam və o cür problemli insanlarla rastlaşmışam. Çox yaxşı bilirlər ki, mənim onlara verəcək qəpiyim də yoxdur, sıravi həkiməm. Mənim yaxın adamımın imkanı varsa, o qədər də saxladığı yetim-yesiri var. Dərinə gedəndə mən tək qadınam və 3 uşağa təkbaşıma baxıram. Sizi inandırıram ki, onların səsinə səs verən olmayacaq. Çünki haqsızdırlar. Mən nəyə görə onlara pul verməliyəm? Mənim kimə borcum var? Can borcum var onlara? Əgər haqsız olmasalar, mediaya yox, başqa orqanlara şikayət edərdilər. Nə vaxt istəsəniz, üzbəüz söhbət edə bilərik. Mənlə görüşməmiş bu xəbəri çıxarsanız, problemlər yaşayacaqsınız".

Məsələ ilə bağlı ilk olaraq Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, baş verən hadisədən xəbərdardırlar lakin, iş prokurorluqda olduğu üçün ətraflı məlumat verə bilməyəcəklər.

Sabirabad rayon Prokurorluğundan isə söylədilər ki, hazırda iş istintaq mərhələsindədir deyə, geniş məlumat verə bilmirlər.
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *