Məktəblilər və yeniyetmələr üçün "Texno" yay düşərgəsi elan edilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Məktəblilər və yeniyetmələr üçün "Texno" yay düşərgəsi elan edilir

Məktəblilər və yeniyetmələr üçün "Texno" yay düşərgəsi elan edilir



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət TəlimTədris Mərkəzi KATV1 şirkəti ilə birlikdə uşaqlar və yeniyetmələr üçün müxtəlif İKT sahələri üzrə yay düşərgələrinə start verir.

Məlumat-Mərkəzi.az xəbər verir ki, düşərgədə uşaq və yeniyetmələr üçün maraqlı olan yeni texnologiyalar və multimediaya xüsusi diqqət ayrılacaqdır. Düşərgə İKT-nin müxtəlif istiqamətləri üzrə keçiriləcək və orada 8 yaşdan yuxarı uşaqlar iştirak edə bilər. Yeniyetmələr düşərgədə yeni texnologiyalar öyrənərək İKT-yə böyük maraq göstərəcəklər.

Düşərgə aşağıdakı üç tematik istiqamət üzrə keçiriləcək:

- “Texno Kamp” – Bu düşərgə bir neçə texnologiya sahəsini özündə birləşdirən bir aylıq proqramdır. Uşaqlar multimedia, dizayn və kodlaşdırma sahələri ilə tanış olacaqlar. Daha ətraflı məlumat üçün düşərgənin proqramına baxa bilərsiz.

- “Myvideo Kamp” – Bu düşərgə video texnologiyalar və bloggerlik işinə həsr edilir və 3 həftə davam edəcəkdir. Düşərgə iştirakçıları videolar çəkəcək, onları montaj edəcək və myvideo.az portalında təqdim edəcəklər. Daha ətraflı bu linkdə düşərgənin proqramına baxa bilərsiniz

- “İKT-yə qoşul” – Ən qısa müddətli düşərgə proqramıdır və burada uşaqlar İKT ilə ilkin tanışlıq imkanı əldə edəcəklər. Ətraflı məlumat üçün düşərgənin proqramına baxa bilərsiz.

Qeyd edək ki, müxtəlif yaş qrupları üzrə Azərbaycan və rus dillərində düşərgəyə qoşulmaq mümkündür. Düşərgənin iştirakçıları Elektron Hökumət Təlim-Tədris Mərkəzinin, KATV1 və Cisco şirkətlərinin sertifikatlarını alacaqlar.


Mövzular:

•Ssenarinin hazırlanması.
•Çəkiliş məkanlarının siyahısı.
•Kameralar ilə tanışlıq və çəkiliş texnologiyaları.
•Ştativ, mikrafonlar və s. istifadə qaydaları.
•Çəkilişin təşkili.
•Operator işi.
•Çəkilişdə rakurslar və planlar.
•Çəkilişin kompüterin yaddaşına yazılma qaydaları.
•Videonun ilkin montaj işi.
•Montajda transitions, effektvə filterlərdənistifadə.
•Audio fayllar və onlardan istifadə.
•Səs effektləri.
•Fon səsinin korreksiyası.
•Animasiya keçidləri.
•Video maskalardan istifadə.
•Şəffaflıq və rəng korreksiyası.

Video fayllar və onların növləri:

•Montaj olunmuş materialın export olunması.
•Hazır videonun müxtəlif sosial şəbəkələrə yerləşdirilməsi və ya video daşıyıcılara yazılması.
•Videobloqun məzmunu və mətnin hazırlanması.
•Çəkiliş fonunun seçilməsi.
•Kameralar ilə tanışlıq və çəkiliş texnologiyaları.
•Ştativ, mikrofonlar və s. ilə istifadə qaydaları
•Youtube kanalının idarə edilməsi.
•Sosial şəbəkələrlə iş.
•Tanınmış bloggerlərin master dərsləri.
•Televiziya kanallarına ekskursiyalar.

YAŞ VƏ DİL QRUPLARI:

10-14; 14-dən yuxarı

Azərbaycan və rus dilində

TƏLİMİN MÜDDƏTİ: 3 həftə (həftədə 3 dəfə, 2 saat)

DƏRS SAATLARI:
10:00 –12:00
14:00 –16:00

TƏLİMİN QİYMƏTİ: 160 AZN

XÜSUSİ ENDİRİM: 80 AZN

QEYD: Endirim nəqliyyat və rabitə işçiləri, dövlət qulluqçuları, müəllimlər, jurnalistlər, KATV 1 abunəçilərinin övladlarına aid edilir.

Bu keçid ilə qeydiyyatdan keçə bilərsizin.

Ətraflı məlumat üçün aşağıdakı vasitələrlə əlaqə saxlayın: Telefon: (012) 127, (077) 505 01 13 Facebook, Instagram səhifələrini ziyarət edin, e-mail: info@e-training.az
Məktəblilər və yeniyetmələr üçün "Texno" yay düşərgəsi elan edilir

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Work will be given to new technologies and media that are of interest to children and teenagers in the do my paper for me camp. The camp will be organised on different directions of ICT.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *