DYP əməkdaşından jurnalistə analoqu olmayan CƏRİMƏ » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

DYP əməkdaşından jurnalistə analoqu olmayan CƏRİMƏ

DYP əməkdaşından jurnalistə analoqu olmayan CƏRİMƏ



Əraziyə baxış keçirən DYP əməkdaşı başqa bir avtomobilin sürücüsü ilə mübahisə etdikdən sonra park olan bütün avtomobillərə cərimə tətbiq edib.

DYP əməkdaşı qanunla nəzərdə tutulmuş yerdə avtomobilini park edən Jurnalistə analoqu olmayan səbəbdən cərimə tətbiq edib.

Məlumata görə, hadisə bu gün saat 19:30 radələrində 28 May küçəsində baş verib.

Belə ki, Azərbaycanın ən məşhur saytlarından biri olan Sfera.az xəbər saytının Baş Redaktoru Ozal Məmmədov idarə etdiyi nəqliyyat vasitəsini Nizami Kino Mərkəzinin yaxınlığında BŞİH-nin quraşdırdığı parkomatlar qarşısında park edib. Sürücü sözügedən ərazidə avtomobilinin park olunması üçün BŞİH-nin quraşdırdırılan parkomatlara nəzarət edən əməkdaşından icazə istəyib. Həmin şəxs isə müəyyən olunmuş ödənişi etdikdən sonra avtomobilini ərazidə park etmək hüququnun olduğunu bildirib.

Amma avtomobilini park edən sürücü daha sonra gözlənilməz hadisə ilə qarşılaşıb. Belə ki, Asan-P tərəfindən onun mobil nömrəsinə göndərilən sms vasitəsilə sürücünün qanunsuz yerdə avtomobilini saxlaması əsas gətirilərək ona 20 manat məbləğində cərimə tətbiq olunub.

Avtomobilinə yaxınlaşan sürücü avtomobillərin parklanması üçün nəzərdə tutulan parkomatlara nəzarət edən BŞİH-nin nümyandəsindən bunun səbəbini soruşduqda isə analoqu olmayan cavab alıb.

Məlum olub ki, əraziyə baxış keçirən DYP əməkdaşı başqa bir avtomobilin sürücüsü ilə mübahisə etdikdən sonra park olan bütün avtomobillərə cərimə tətbiq edib.
DYP əməkdaşından jurnalistə analoqu olmayan CƏRİMƏ
DYP əməkdaşından jurnalistə analoqu olmayan CƏRİMƏ
DYP əməkdaşından jurnalistə analoqu olmayan CƏRİMƏ

Mənbə: interPress
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *