Avtomobillərin parklanması qaydalarına dəyişikliklər edilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Avtomobillərin parklanması qaydalarına dəyişikliklər edilib

Avtomobillərin parklanması qaydalarına dəyişikliklər edilib

Azərbaycan Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiq edib.

Trend xəbər verir ki, dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, həmçinin nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə on manat məbləğində cərimə tətbiq ediləcək.

Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə on manat məbləğində cərimə müəyyən olunub.

Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə on manat məbləğində cərimə tətbiq olunacaq.

Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə isə iyirmi manat məbləğində cərimə müəyyən edilib.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *