Ələt-Astara yolunda hərəkət istiqaməti dəyişdi
Bu gün axşam saatlarından Ələt-Astara-İran sərhəd avtomobil yolunun Salyan rayonundan keçən 31-ci və 56-cı kilometrliklərindən hərəkət istiqaməti dəyişdirilərək yeni çəkilən yola yönəldilib.
Virtualaz.org-un Şirvan bürosunun müvafiq qurumlardan əldə etdiyi məlumata görə, yolda hərəkət istiqamətinin müvəqqəti olaraq dəyişdirilməsi yolun 54-cü kilometrində yerləşən Kür çayı üzərindəki körpünün təmirə bağlanması ilə əlaqədardır.
Adı çəkilən körpü 1991-ci ildə istifadəyə verilib. Körpüdə təmir işlərinin bir neçə gün çəkəcəyi gözlənilir.
Mənbə:> Virtualaz.org