Bakıda dörd marşrut üzrə hərəkət edən avtobuslarda kondisionerlər işə düşdü
Bakıda bir neçə marşrut üzrə fəaliyyət göstərən avtobuslarda kondisionerlər işə salınıb.
Bu gündən “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan avtobuslarda yay rejiminə keçidlə əlaqədar mərkəzləşdirilmiş qaydada kondisionerlərin qoşulmasına başlanılıb.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” 18, 61, 65 və 85 saylı marşrut xətlərində xidmət göstərir.
Mənbə:> Virtualaz.org