Bakıda yeni marşrut avtobusu işə salınır
Azxeber.com Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir ki, sakinlərin çoxsaylı xahişini nəzərə alaraq, oktyabrın 8-dən 20 saylı marşrut avtobusu fəaliyyətə başlayacaq.
Marşrut avtobusunun hərəkət cədvəli “Qara Qarayev” metro stansiyası, Ziya Bünyadov prospektini keçməklə Avtovağzala qədər olacaq.
Əsas məqsəd sərnişindaşıma sahəsində sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi, eyni zamanda sərnişinlərin rahatlığını təmin etməkdir.
Mənbə:> Azxeber.com