Bakıda 20 saylı marşrut avtobusu işə salınır
Sakinlərin çoxsaylı xahişini nəzərə alaraq, 8 oktyabr 2015 tarixindən 20 saylı marşrut avtobusu fəaliyyətə başlayacaq.
Bu barədə Oxu.Az-a Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzindən bildiriblər.
Məlumata görə, marşrut avtobusunun hərəkət cədvəli “Qara Qarayev” metro stansiyası, Ziya Bünyadov prospektini keçməklə Avtovağzala qədər olacaqdır.
“Əsas məqsəd sərnişindaşıma sahəsində sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi və eyni zamanda sərnişinlərin rahatlığını təmin etməkdir”, - deyə, NİİM-dən qeyd ediblər.
Mənbə:> Oxu.Az