Yerevanda daha bir etiraz aksiyası keçirilir
Ermənistanın paytaxtı Yerevanda bir qrup sakin etiraz aksiyası keçirir.
“Sputnik” bildirir ki, sakinlər Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb edirlər. Onlar bu məqsədlə Baş Prokurorluğun binası qarşısında toplaşıb, etiraz şüarları səsləndirirlər.
Şüarlarda və plakatlarda siyasi məhbusların və “Sasna Tsrer”in məhkum olunmuş üzvlərinin azadlığa buraxılması tələbləri də yer alır.
Mənbə:> Sputnik