Könüllü hərbi xidmətə gedən, ölkəsinə 4-cü dəfə birincilik qazandıran Netta… – VİDEO + FOTO
Ötən gün Portuqaliyanın paytaxtı Lissabonda Avropanın ən böyük musiqi yarışması olan “Eurovision-2018”in qalibi məlum olub.
Belə ki, “TOY” mahnısı ilə ifa edən İsrail təmsilçisi Netta Barzilay 529 xalla birincilik qazanıb və 4-cü dəfə İsrail müsabiqədə qalibiyyət qazanıb. İkinci Kipr 436, Avstriya 346 xalla ikinci və üçüncü yerləri bölüşdürüb.
Bəs, “Eurovision” birincisi kimdir?
Netta 22 yanvar 1993-cü ildə İsrailin Hod-ha-Şaron şəhərində anadan olub. Netta uşaq yaşlarında ikən ailəsi ilə birlikdə Nigeriyaya köçüb və orada dörd il yaşadıqdan sonra İsrailə geri dönüb. İsrail Silahlı Qüvvələrində məcburi xidmətdən öncə Barzilay könüllü olaraq Nahalda xidmət göstərib və daha sonra İsrail Dəniz Qüvvələrində hərbi xidmətini başa vurub.
2017-ci ildə Netta Barzilay İsrailin IPBC telekanalının müsabiqə üçün təşkil etdiyi “HaKokhav HaBa -2018” adlı milli seçim turunda iştirak edib. Uzun sürən seçim turlarında Brazilay Rihanna, Kristina Agilera, Keşa və digər dünya ulduzlarının mahnılarını səsləndirib. Nəticədə yarışmada qalib gələrək, Netta Barzilay İsraili Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision”da təmsil etmək hüququ qazanıb.
Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Netta 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 7-ci nömrə altında çıxış edinb. Nəticədə ifaçı 283 xalla yarımfinalda birincilik əldə edərək, müsabiqənin finalına yüksəlib.
Mənbə:> Musavat.com