“Nə olursa olsun, görülən işləri vətən üçün etmək”- » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Köşə

“Nə olursa olsun, görülən işləri vətən üçün etmək”- KAMRAN HÜSEYNOVUN DEVİZİ İDİ

“Nə olursa olsun, görülən işləri vətən üçün etmək”-


“Ondan sonra gələn nəsillər Kamran Hüseynovun “nə olursa olsun, görülən işləri vətən üçün etmək” anlayışını bu gün də və özlərindən sonra da layiqincə daşıyacaqlar”


Tarixi oxuduqca,tarixə vardıqca görürük ki, bizim tarix həqiqətəndə digər millətlərə örnəkdir. Bu vətənin yetidirdiyi övladları fərqi yoxdur- fəhləsi, alimi, müəllimi, həkimi, hüquqşunası- bu ölkə üçün, çox fəxr edici işlər görür. Qəhrəmanlar şəhəri boş və əbəs yerə deyilməyib Azərbaycana əslində hər kəs öz işinin qəhrəmanıdır və Azərbaycan üçün etdikləri işləri həm öz dövründə, həm də özündən sonra miras qoyduğu nəsillərə əbədiyaşarlıq gətirir.
Məlumat-Mərkəzi.az xəbər verir ki, bu gün Böyük Vətən Müharibəsindən 73 il keçir, bu müharibəyə Azərbaycandan bir çox oğullar qatılaraq öz şücaətlərini bir daha dünyaya bəyan etmişdilər. Həmin Böyük Vətən Müharibəsi’nin qəhrəmanlarından biridə Kamran Hüseynovdur.
“Nə olursa olsun, görülən işləri vətən üçün etmək”-


Kamran Hüseynov 1923-cü ildə Naxçıvan Muxtar Respublikası’nın Şahbuz rayonunun Nursu kəndində ziyalı ailəsində doğulub. Hələ kiçik yaşlarında olan Kamran digər yaşıdlarından seçilərdi, uzaqgörənliyi,mərhəmətli olması,insanlara yardım etməsi digər insanlardada Kamrana qarşı maraq oyadırdı. 1939-cu ildə Naxcıvan Pedaqoji Texnikumunun riyaziyyat fakultəsini bitirir və əsgərliyə yollanır. Beləcə illər ötüşür 1941-1945 ci illər Kamran Rusiyanın Viladivastok şəhərində əsgərlik müddətin yaşayır.Kamranın əsgərlik dönəmidə elə məs II dünya müharibəsinin ən qızğın anlarına düşür Azərbaycan üçündə yaranan təhlükə get-gede kəgin vüssət alır. Müharibə Azərbaycandan çox uzaq şimali-qərb regionlarında başlansa da dünya ağalığına can atan Hitler neft Bakısını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. Düşmənin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi. İkinci dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi.

Beləcə Kamranda digər yaşıdları kimi müharibəyə qatılır o, Lelinqradın müdafiəsindən Berlinədək böyük cəsurluq nümayiş etdirərək döyüşürdü. II dünya müharibəsi bitdikdən sonra Kamran yenidən Naxçıvana qayıdır və o, Naxçıvanda 123 Böyük Vətən Müharibəsi veteranından biri idi. Saysız hesabsız orden-medallarla təltif olunur "Berlinin alınmasına görə" medalı, "Döyüş xidmətlərinə görə" medalı, “Qafqazın müdafiəsi uğrunda” medalı “Oktyabr” medalı. Müharibədən qayıdan Kamran ailə qurur bütün gördüyü işlərədə nümunəvi olmağa çalışan insanlara bilik,elm aşılamaq həvəsi çox yüksək olduğundan o, pedaqoji fəaliyyətinə başlayır. O,zaman Kamranın yaşadığı kənd çox ucqar olduğundan o, qərara gəlir ki, kəntdə ilk yerli məktəb tikdirsin və bu minvalla kənt camaatının elmə,biliyə yiyələnməsində yardımcı olsun.Hətda onun müəllimlik etdiyi insanlar arasında bu gün Azərbaycanda çox tanınan dahi şairimiz Məmməd Araz’da vardı. Kamran Hüseynovun pedaqoji fəaliyyətləri ilə yanaşı o, Sovet İttifaqı Kommunist Partiyasının, və AKP-nin üzvü olmuşdur.

Bütün bunlarla yanaşı Kamran Hüseynov ulu öndər ümumilli lider Heydər Əliyevlə birgə Naxcıvan Pedaqoji Texnikumunda paralel quruplarda təhsil almışdı. Sumqayıt qəzetinə verdiyi müsahibədə Kamran Hüseynov bildirmişdi ki; “Hələ gənc yaşlarından Heydər Əliyev hamımızı təəccübləndirərdi, o,bütün dərslərini yaxşı oxuyar və digər tələbələrə örnəkliyi ilə diqqət çəkərdi.Biz hamımız onunla yarışardıq- hansımız daha yaxşı oxuyarıq -deyə. Hər zaman Heydər Əliyev bizə qalib gələrdi, bu, hələ o,zaman onun gələcəkdə önəmli insanlardan olacağını xəbər verirdi.”

Həyatı boyunca Kamran Hüseynov bir məramı özünə seçərək vətənə sadiqliyi ilə daima vətən, xalq üçün çalışmağı hər şeydən öndə tutmuşdur.Bu onun qaydalarının ən başında gələrdi Azərbaycana bağlılığı hətda ölkədə 1988-1994 cü ildə xaosun sürdüyü,anarxiyanın səngimədiyi bir vaxtda xalqının daima yanında olardı.Ölkədə baş verən hadisələr xüsusilədə Qarabağda baş verənlər Kamran Hüseynovun ailəsindəndə yan keçmədi. Onun qızının həyat yoldaşı Bayramov Ramiz’də Qarabağ müharibəsinə qatılan Azərbaycan oğullarından biri idi. O,1992-ci ildə mayın 7-8 nə keçən gecə Şuşada döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Bir az öncə vurğuladığım kimi, insanlar oxşar, seçilən, daim hamıdan fərqlənən ola bilər Kamran Hüseynovda bu isanlardan idi. O, müharibənin ağrı anlarını gördüyü üçün vətəni qorumağın,vətəni sevməyin,vətənə hər sahədə töhfə verməyin nə demək olduğunu bilirdi.

“Nə olursa olsun, görülən işləri vətən üçün etmək”-

2006-cı il martın 26-da Kamran Hüseynov əbədi bu dünyaya gözlərin yumdu.Lakin,ondan sonra gələn nəsillər bu adı doğrultmaq üçün durmadan çalışır eynən Kamran Hüseynovun “nə olursa olsun görülən işləri vətən üçün etmək” anlayışını bu gündə və özlərindən sonrada layiqincə daşıyacaqlar.Bu cür insanlar tarixdə nadirən olur uzaqgörən, seçilən, insanların hər anına çatan və bu cür insanların tək missiyası var sülhsevərlik,mərhəmət,vətən anlayışı.

Allah Rəhmət Eləsin.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *