Kamran Ağayev “Karşıyaka”dan gedir
Azərbaycan yığmasının qolkiperi Kamran Ağayev Türkiyənin “Karşıyaka” klubunu tərk edir.
Oxu.Az türk KİV-nə istinadən xəbər verir ki, qapıçı “Karşıyaka”nın ona borclu olduğu 35 min dollardan imtina edərək klubdan getmək qərarına gəlib.
Xəbər verildiyi kimi Kamran Ağayev artıq Azərbaycan klublarının biri ilə razılaşıb.
Bununla yanaşı, “Karşıyaka”da ondan narazı qalıblar, belə ki, Türkiyənin indiki çempionatında Kamran 13 matçda 20 qol buraxıb.
Mənbə:> Oxu.Az