İranda 16 qadın həbs cəzasına məhkum edildi
İran məhkəməsi 16 qadına İŞİD terror qruplaşması ilə əlaqələrə görə həbs cəzası kəsib.
Trend bildirir ki, bu barədə Tehran şəhərinin prokuroru Abba Cəfəri Doulabati açıqlama verib.
A.Doulabati deyib: "İŞİD üzvü olan qadınlar müxtəlif həbs cəzasına məhkum ediliblər. Qadınları həmçinin İŞİD-dən aldıqları pulu ödəməyə məcbur ediblər".
Onun sözlərinə görə, qadınlar Suriyaya İŞİD-ə qoşulmağa yollanıblar. Suriyadan İrana qayıtdıqları zaman isə həbs ediliblər.
Mənbə:> Trend