İraq məhkəməsi 16 türk qadın barəsində edam hökmü çıxardı
İraqın Cinayət Məhkəməsi Türkiyə vətəndaşı olan 16 qadın barəsində edam hökmü çıxarıb.
Bu barədə "Al Sumaria" telekanalı məlumat yayıb.
Xəbərdə bildirilir ki, onlar İŞİD terror qruplaşmasına dəstək verməkdə ittiham ediliblər.
Türkiyə vətəndaşı olan daha 10 qadın müxtəlif həbs cəzalarına məhkum ediliblər.
Qadınlar uzun müddət İŞİD-in nəzarətində olmuş Mosul və Təl Afar bölgələrində saxlanılıblar.
Ali Məhkəmə Şurasının nümayəndəsi Əbdül Səttar Birkdar bildirib ki, müttəhimlər təhqiqat prosesində terror qruplaşmasının üzvü olduqlarını, silahlılara maddi-texniki dəstək verdiklərini etiraf ediblər.
Hökm İraqın terrorçuluğa qarşı qanunvericiliyinə uyğun olaraq qəbul edilib. Birkdar əlavə edib ki, müttəhimlər federal məhkəmədə qərara etiraz edə bilər.
Daha əvvəl Qərb ölkələrinin mətbu orqanları İraqda bir neçə yüz İŞİD terrorçusunun arvadının həbs edildiyini xəbər verib. Onlar arasında Avropa İttifaqı, Asiya ölkələri, ABŞ və Rusiya vətəndaşları var.
Mənbə:> Virtualaz.org