Azərbaycanın bu qəsəbəsində "KamAZ"ı olmayana qız verilmir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

Azərbaycanın bu qəsəbəsində "KamAZ"ı olmayana qız verilmir – VİDEO

Azərbaycanın bu qəsəbəsində "KamAZ"ı olmayana qız verilmir

Bura Bakıdan təxminən 70 kilometrlik məsafədə yerləşən Qaradağ rayonunun Qobustan qəsəbəsidir.

Bu qəsəbədə sözün əsl mənasında hər həyətdə bir "KamAZ" var. "KamAZ"ların sayının həddindən artıq çox olmasını elə qəsəbəyə girişdə və mərkəzi yolda olan təmir qarajlarının sayından da hiss etmək olur.

Qəsəbədə "KamAZ"ın sayının çox olmasının səbəbi ilə maraqlandıq. Yerli sakinlər deyirlər ki, Qaradağ daş karxanalarının əsas məkanıdır. Məhz buna görə də, bu qəsəbədə “KamAZ”ın sayı bu qədər çoxdur. Qəsəbə sakinlərinin bir çoxu çörək pulunu sürücülük edərək qazanır.

Digər bir səbəb isə vaxtı ilə bu ərazidə yük avtomobilləri bazasının olmasıdır.

Deyilənlərə görə, bir vaxtların “şoferlər qəsəbəsi” kimi tanınan Qobustanda əvvəllər "KamAZ"ı, indi isə "Şaqman"ı olmayana qız da verilmir.

Bu “KamAZ”ların əksəriyyəti şəxsidir, bəzilərindən isə icarə əsasında istifadə edilir.


Mənbə: Xezerxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *