Gömrük Komitəsində iki idarə rəisi işdən çıxarıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tutduqları vəzifələrdən kənarlaşdırılıblar.
Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyev bununla bağlı müvafiq əmri imzalayıb.
Mənbə: Virtualaz.org