“Məktəbdən başlayan həyat” layihəsinə start verilib. – FOTO
Azərbaycan Respublikası Təhsil Nazirliyi , “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi , “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyi , “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və "Anacan.az” ailə portalının təşkilatçılığı ilə “Məktəbdən başlayan həyat” layihəsinə start verilib.
AzNews.info xəbər verir ki, layihə çərçivəsində Binəqədi rayonu, 157, 144 və 267 saylı məktəblərdə “Şagirdin şəxsiyyət kimi formalaşması və bu dövürlərdə şagird, müəllim, valideyn münasibətlərinin tənzimlənməsi” , “Şagirdlərdə öz güvən və motivasiyanın yaradılması”, “Uşaqların təhsilə adaptasiyası” mövzularında təlimlər keçirilib.
Keçirilən təlimlərdə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədr müavini Tural Əliyev, “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin icraçı direktoru Leyla Kərimova, 157 saylı məktəbin direktoru Gülayə Səttarova, 144 saylı məktəbin direktoru Həcər Mahmudova, 267 saylı məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Salahov , “Loqos”un nümayəndələri Ləman Ağalarova, Zülfinaz Piriyeva, Nuranə Xudiyeva, “Loqos” un psixoloqu Aydan Sabirli, Kadrlar şöbəsinin rəhbəri, psixoloq Aygül Məlikova, məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.
Təlimdən öncə çıxış edənlər “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədr müavini Tural Əliyev və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin icraçı direktoru Leyla Kərimova layihənin əhəmiyyətindən danışıblar.
Çıxışlardan sonra “Loqos”un Kadrlar şöbəsinin rəhbəri, psixoloq Aygül Məlikova , psixoloq Aydan Sabirli “Şagirdin şəxsiyyət kimi formalaşması və bu dövürlərdə şagird, müəllim, valideyn münasibətlərinin tənzimlənməsi” , “Şagirdlərdə öz güvən və motivasiyanın yaradılması”, “Uşaqların təhsilə adaptasiyası” mövzularında şagirdlərlə təlim aparıb. Təlim zamanı şagirdlər tərəfindən ünvanlanan suallar cavablandırılıb və praktik oyunlar icra edilib.
Məlumat üçün bildirək ki, “Məktəbdən başlayan həyat” layihəsi Bakı şəhərinin bütün ümumtəhsil məktəblərində həyata keçiriləcək. Layihənin əsas məqsədi bu mövzularda şagird, müəllim və vaildeynlərin maarifləndirilməsi, bu prossesdə ictimai nəzarət mexanizminin formalaşmasına dəstək vermək, şagirdlərin şəxsiyyət kimi formalaşmasında, onların təfəkkürünün inkişafında təhsilin vacibliyini önə çəkmək və zərərli vərdişlərdən asıllığın aradan qaldırılması məsələlərində düzgün yolu aşılamaqdır.
Mənbə:> AzNews.info