“UNESCO-da Azərbaycan irsi -10” layihəsinə start verilib » AzNews.info -Xəbər portalı

“UNESCO-da Azərbaycan irsi -10” layihəsinə start verilib – FOTO

“UNESCO-da Azərbaycan irsi -10” layihəsinə start verilib


“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatı dəstəyi ilə “UNESCO-da Azərbaycan irsi - 10” layihəsi çərçivəsində tədbirlərə start verib.

Layihənin rəhbəri Fərhad Abdulov AzərTAc-a bildirib ki, məqsəd Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil olan milli-mədəni irs nümunələrimizin qorunmasına, tanıdılmasına və təbliğinə xidmət etməkdir.

Vurğulanıb ki, Azərbaycanın 10 milli-mədəni irs nümunəsi, o cümlədən İçərişəhər tarix-memarlıq qoruğu, Qobustan dövlət tarixi-bədii qoruğu, muğam sənəti, aşıq sənəti, Novruz bayramı, ənənəvi xalçaçılıq sənəti, kəlağayı sənəti, Lahıc misgərlik sənəti və çövkən oyunu UNESCO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil olunub.

Bu milli-mədəni irs nümunələrinin hər birinə dair Bərdə, Göyçay, Kürdəmir, Şəmkir, Gədəbəy, Göygöl, Saatlı, Füzuli, Balakən, Zaqatala, Quba, Xaçmaz, Lənkəran, Masallı rayonlarında, Mingəçevir, Gəncə və Bakı şəhərlərində müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulub. UNESCO-nun Reprezentativ Siyahısına daxil olan mədəni irs nümunələrimizin tanıdılması və təbliği məsələsinə gənclərin diqqətinin cəlb edilməsi məqsədilə 5000 ədəddən çox məlumatlandırıcı flayerlər paylanıb. Artıq bir neçə təşkilatda, o cümlədən gənclərlə gündəlik təmasda olan təhsil və mədəniyyət müəssisələrində əməkdaşlar üçün keçirilən görüşlər böyük maraqla qarşılanıb.

Bildirilib ki, ATGT-nin iştirakı ilə gənc tələbələr tərəfindən sosial şəbəkələrdə də geniş təbliğat aparılacaq.

“UNESCO-da Azərbaycan irsi -10” layihəsinə start verilib

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *