“Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihəyə Gəncə şəhərindən start verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

“Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihəyə Gəncə şəhərindən start verildi

“Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihəyə Gəncə şəhərindən start verildi


AzNews.info xəbər verir ki, Oktyabrın 8-də Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Gəncə Şəhəri Məhsəti Gəncəvi Mərkəzində “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihənin açılış mərasimi keçirilib.

Tədbiri Məhsəti Gəncəvi Mərkəzinin direktoru Zərifə Xasayeva giriş nitqi ilə açaraq bildirib ki, Azərbaycan xalq - tətbiqi sənəti olan xalçaçılıq, xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib. Məhz bu cür layihənin Gəncə Şəhərindən start verilməsi bizim üçün qürur verici bir hadisədir.

Sonra Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul iştirakçı gənclərə layihə haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, layihənin əsas məqsədi – ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdir. Tədris planı 1 ay müddətinə nəzərdə tutulub. Həmin müddət ərzində Azərbaycan Xalça Muzeyinin əməkdaşları hər şənbə günü mühazirə ilə çıxış edəcək, 1 nəfər xalçaçı-rəssam dərs iştirakçılarına əyani şəkildə milli naxışları çəkməyi, yerli toxucu isə xalçanın toxunması texnikalarını öyrədəcək.

Layihə – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 7 dekabr 2004-cü il tarixində imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd olunan “Azərbaycan xalça sənətinin təbliği “ - bəndinə uyğun olaraq həyata keçirilir.

Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.

Həmçinin Azərbaycan Xalça Muzeyinin elmi işçisi Təranə Məlikova mədəni irsimiz olan xalçaçılıq sənəti və bu sənətin tarixi haqqında gənclərə ətraflı məlumat verib.

Çıxışlardan sonra Azərbaycan xalça sənətindən bəhs edən video çarx nümayiş etdirilib.

Qeyd edək ki, layihənin sonunda iştirakçı gənclər Azərbaycan Xalça Muzeyini ziyarət edəcək və onlara əyani olaraq eksponatlar haqqında geniş məlumatlar veriləcək. Həmçinin layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq.

“Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihəyə Gəncə şəhərindən start verildi
“Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihəyə Gəncə şəhərindən start verildi

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *