“ClimateLaunchpad” Azərbaycan 2018 startap akselerasiyası proqramı 15 startapla başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Gənclik

“ClimateLaunchpad” Azərbaycan 2018 startap akselerasiyası proqramı 15 startapla başladı – FOTO

“ClimateLaunchpad” Azərbaycan 2018 startap akselerasiyası proqramı 15 startapla başladı


Ötən il Azərbaycanın da uğur qazandığı və 35 ölkənin iştirak etdiyi dünyanın ən böyük "cleantech" (təmiz texnologiya) akselerasiyası olan “ClimateLaunchpad” Azərbaycan proqramı 15 startapla başladı. “ClimateLaunchpad” proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Social Innovation Lab” (Sil.) innovasiya mərkəzidir. Proqram özünün öyrədici strukturuna və əhatəsinin genişliyinə görə proqrama qəbul olunan startaplara və ideya müəlliflərinə çox böyük proqress xətti təklif edir.
AzNews.info xəbər verir ki, 2014-cü ildən başlayaraq hər il keçirilən proqram Azərbaycanda artıq ikinci dəfə baş tutur və iştirak edən 35 ölkə arasında “ClimateLaunchpad” tarixində ən çox müraciət alan ölkə bu il 83 layihə müraciəti alan Azərbaycandır. 30 Yanvar 2018 tarixindən başlayan prosesin nəticəsi kimi “ClimateLaunchpad” 2018 startap akselerasiya proqramına Azərbaycandan gələn 83 müraciətdən 43 startap müsahibə mərhələsinə keçmiş və iki gün davam edən müsahibə mərhələsindən sonra isə 15 startap proqrama qəbul edilmişdir!
Proqramın ilk mərhələsinə 21-22 Aprel 2018-ci il tarixlərində start verildi və "Sil." - in rəsmi təşkilatçılığı ilə həyata keçiriləcək intensiv kamp proqramı 2 gün davam etdi. Proqram "ClimateLaunchpad" – in təsisçisi, startap və innovativ texnologiyalar sahəsi üzrə ekspert, Hollandiyalı Frans Nauta və “Sil.” - in ekspertləri Leyla Tağızadə, Cəsur Həsənov, Asif İbrahimov və Mahmud Əliyev tərəfindən həyata keçirildi. Komandalar 10 həftəlik akselerasiya proqramı çərçivəsində iyun ayının 30 - da keçiriləcək ölkə finalına hazırlaşırlar.

Proqrama qəbul olan layihələri dünya finalına qədər nə gözləyir?
"ClimateLaunchpad" akselerasiya proqramı 4 əsas mərhələdən ibarətdir:
Mərhələ 1: Kamp (Bootcamp) – 21 - 22 Aprel, 2018

Azərbaycanın keçə ilki uğurlu nəticələrinə görə, bu il “ClimateLaunchpad” proqramına qəbul olunan 10 komanda / layihə ekskluziv olaraq “ClimateLaunchpad” proqramının təsisçisi Frans Nauta və yerli mentor komandası tərəfindən 9 modul üzərində keçirilən 2 günlük intensiv kampda iştirak etdilər. Burada iştirakçılar startap qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənirlər.
Mərhələ 2: İntensiv ölkə daxili akselerasiya proqramı – May – Iyun, 2018
İki günlük bootcamp bitdikdən sonra komandalar 10 həftəlik ölkə daxili koçinq sessiyalarına başlayırlar. Burada komandalar yerli ekspertlər tərəfindən “ClimateLaunchpad” - in müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki işləyəcək, layihələrinin ilkin versiyasını hazırlayacaq və özlərini ölkə finalına hazırlayacaqlar.
Mərhələ 3: Ölkə Finalı – Demo Day – 30 İyun, 2018
Ölkə daxili koçinq sessiyalarından sonra komandalar “ClimateLaunchpad” - in təmsilçisinin də iştirak edəcəyi münsiflər qarşısında ilk 3 yeri qazanmaq və Dünya Finalına vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ümumilikdə 35 ölkənin hər birinin ölkə finalında ilk 3 yerə çıxan komandalar 2018-ci ilin Noyabr ayında keçiriləcək Dünya Finalına vəsiqə qazanacaqlar. Bu komandaların Dünya Finalında iştirakının bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanır.
Mərhələ 4: "Dünya Finalı" – Şotlandiya, Noyabr 2018
Hər bir ölkənin qazanan-3 komandası Dünya Finalında bir yerə toplanacaq və Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. İki gün davam edən Dünya Finalında dünyanın 50-dən çox ölkəsindən qoşulan 1000 nəfərlik bir proqramda 3 startapımız ölkəmizin uğuru üçün yarışacaqlar.

“ClimateLaunchpad” Azərbaycan 2018 startap akselerasiyası proqramı 15 startapla başladı
“ClimateLaunchpad” Azərbaycan 2018 startap akselerasiyası proqramı 15 startapla başladı
“ClimateLaunchpad” Azərbaycan 2018 startap akselerasiyası proqramı 15 startapla başladı
“ClimateLaunchpad” Azərbaycan 2018 startap akselerasiyası proqramı 15 startapla başladı


Startaplar nə qazanacaqlar?
Bu il Azərbaycandan proqrama qəbul olunacaq 10 startap akselerator proqramı çərçivəsində proqres edərək İsveçrədə 18 aylıq akselerator (€ 95,000 avro investisiya ilə) və aşağıdakı mükafatlar uğrunda yarışacaqlar! Dünya Finalında ilk 10 yeri tutan startap layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə € 95,000 avro maliyyə dəstəyi verilir.
Bundan əlavə isə, Grand Finale - da ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar:
– Birinci yer: € 10,000 avro,
– İkinci yer: € 5,000 avro,
– Üçüncü yer: € 2,500 avro.
– Hər biri € 5,000 avro olmaqla 5 fərqli mövzu mükafatı (cəmi: € 25,000 avro)
– Dünya finalında Azərbaycanı təmsil edəcək 3 startap komandasının bütün xərcləri qarşılanır!
Ötən il Azərbaycan nəyə nail oldu?
Keçən il 35 ölkənin iştirak etdiyi “ClimateLaunchpad” proqramında Azərbaycandan 13 startap qəbul olaraq 10 həftəlik akselerator proqramdan keçdilər. Və ölkə finalında “ən yaxşı 3” startap dünya finalında Azərbaycanı təmsil edərək 105 startap içərisində ən yaxşı 15 startapdan biri olmağa nail oldular! Hazırda öz layihələri ilə Edinburq şəhərində “Greenhouse” inkubasiya proqramında layihələrini inkişaf etdirirlər.
Ötən il ölkəmizdə adını hamının eşitdiyi Reyhan Camalova (Rainergy layihəsinin təsisçisi) öz layihəsi haqqında məhz ClimateLaunchpad proqramında iştirak etmək üçün düşünməyə başlamış, proqrama seçilən uğurlu layihələrdən biri olmuş və məhs ClimateLaunchpad proqramı çərçivəsində öz layihəsini inkişaf etdirərək ölkə finalında tamaşaçıların ən bəyənilən layihəsi mükafatınız qazanmışdır. Proqramdan sonra ClimateLaunchpad – in davam edən mentor dəstəyi vasitəsilə, ClimateLaunchpad proqramının mentorlarından biri, “Sil.” həm-təsisçisi Leyla Tağızadə ilə birlikdə Qlobal Sahibkarlıq Sammitində iştirak etmiş və bildiyiniz kimi İvanka Tramp tərəfindən təşəbbüsünə görə tərif almışdır. Ən son isə Reyhan Camalova öz layihəsi ilə Forbes jurnalın 2018 - ci il üçün ən gənc (Forbes Under 30) ixtiraçı və sahibkarlarından biri oldu!
Əsas və rəsmi təşkilatçı: Bir daha xatırladaq ki, “ClimateLaunchpad” akselerasiya proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Sil.” innovasiya mərkəzidir.
Sponsorlar: Proqramın həyata keçirilməsində ölkəmizdə daima innovasiyaları dəstəkləyən Özsüt Restoranı proqramın əsas qida sponsorudur. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi proqramın bürünc sponsorudur.
Tərəfdaşlar: Proqramın həyata keçirilməsində “Sil.” – in əsas tərəfdaşı “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətidir. Proqramın media tərəfdaşları Technote Media və Edumap təşkilatlarıdır. Proqramın məkan tərəfdaşları Fransız-Azərbaycan Universiteti və SUP akseleratordur.



“ClimateLaunchpad” Azərbaycan 2018 startap akselerasiyası proqramı 15 startapla başladı
“ClimateLaunchpad” Azərbaycan 2018 startap akselerasiyası proqramı 15 startapla başladı
“ClimateLaunchpad” Azərbaycan 2018 startap akselerasiyası proqramı 15 startapla başladı
“ClimateLaunchpad” Azərbaycan 2018 startap akselerasiyası proqramı 15 startapla başladı
“ClimateLaunchpad” Azərbaycan 2018 startap akselerasiyası proqramı 15 startapla başladı
“ClimateLaunchpad” Azərbaycan 2018 startap akselerasiyası proqramı 15 startapla başladı
“ClimateLaunchpad” Azərbaycan 2018 startap akselerasiyası proqramı 15 startapla başladı

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *