Ülkər İsayevanı döyən qardaşların anası etiraz edib
Ülkər İsayevanı döyməkdə təqsirli bilinən qardaşların anası Gülnarə Məmmədova oğlunun həbsinə münasibət bildirib.
ANS PRESS-in məlumatına görə, Gülnarə Məmmədova jurnalistlərə bildirib ki, oğlu günahsız yerə həbs olunub.
Onun sözlərinə görə, oğlu heç kimi döyməyib.
"Güman edirəm ki, Zauru buraxacaqlar. Onların şəxsi həyatı ilə maraqlanmaq doğru deyil. Videodan da görünür ki, oğlum qızı döymür. Oğlumu nahaq yerə tutublar", - deyə Gülnarə Məmmədova bildirib.
Qeyd edək ki, Xəzər Universitetinin rektorunun qızı Ülkər İsayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.
Mənbə:> ANSPRESS