Rektor qızından şok açıqlama
Döyüldüyü iddia olunan "Xəzər" Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva baş verənlər barədə status yazıb.
ANS PRESS-in məlumatına görə, Ülkər İsayeva statusunda döyülmədiyini bildirib
“Əziz dostlarım və "dostlarım", hörmətli adekvat ve qeyri-adekvat pressa işçiləri, heç nədən xəbəri olmayaraq, pressada verilən informasiyanın nə dərəcə düzgün olub-olmadığını bilməyərək ağzını qara açan millətə üz tutub demək istəyirəm ki, həmin videonun mənə və mənim ailəmə heç bir aidiyyati yoxdur, mən heç kəs tərəfindən döyülməmişəm. Mənə dəstəyini göstərən bütün tanıdığım və tanımadığım insanlara dərin təşəkkürlərimi bildirmək istəyirəm. Yaxşı ki, varsınız!”.
Qeyd edək ki, H.İsaxanlının qızı Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində iki qardaş tərəfindən fiziki işgəncəyə məruz qalıb. Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib. Həmin qərardan isə Bakı şəhər Prokurorluğu tərəfindən apellyasiya protesti verilib.
Həmin qərardan isə Bakı şəhər Prokurorluğu tərəfindən apellyasiya protesti verilib.
Mənbə:> ANSPRESS