Azərbaycanda yüksək vəzifəli məmur işdən azad edilir
Sumqayıt Təhsil şöbəsinin müdiri Nizami Namazov tutduğu vəzifədən gedir.
Xeberle.com-a daxil olan məlumata görə N. Namazov Sumqayıt Təhsil şöbəsinin müdiri vəzifəsiylə vidalaşır.
N. Namazov saytımıza açıqlamasında Sumqayıt Təhsil şöbəsinin müdiri vəzifəsini tərk edəcəyini təsdiq edib:
"Könüllü ərizəmi yazmışam, elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq istəyirəm.
Doktorluğu müdafiə etmək niyyətindəyəm. Ərizəmi hələ təsdiqləməyiblər. Hazırda işimin başındayam. Ərizəm təsdiq olunandan sonra kollektivlə vidalaşacam".
Xatırladaq ki, N. Namazov uzun müddət Sumqayıt Dövlət Universittetinin prorektoru vəzifəsində çalışıb. 2016-cı ilin noyabr ayından isə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Mənbə:> Xeberle.com