Mikayıl Cabbarov “Qafqaz” Universiteti ilə bağlı əmr verdi
Təhsil naziri Mikayıl Cabbarov “Qafqaz” Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə əmr imzalayıb.
Xəzərxəbər.az məlumat verir ki, nazirin əmrinə əsasən “Qafqaz” Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi və bununla əlaqədar digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrup yaradılıb.
İşçi qrupuna Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev rəhbərlik edir. İşçi qrupunun üzvləri Həmzağa Orucov - “Qafqaz” Universitetinin Tədris işləri üzrə prorektoru; Yaşar Ömərov - Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun baş məsləhətçisi; Günay Ələkbərova - Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun məsləhətçisi; Rasim Hüseynov - Təhsil Nazirliyinin Hüquq şöbəsinin sektor müdiri; Nazim Abbasov – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədrisin metodik təminatı və akkreditasiya bölməsinin müdiri; Bəxtiyar Namazov - Azərbaycan Texniki Universitetinin dosentidir.
Mənbə:> XəzərXəbər