Hicablı fahişələr saxlanıldı
Tacikistanda fahişəliklə məşğul olan on hicablı qadın saxlanılıb.
ANS PRESS-in məlumatına görə, saxlanılanlar etiraf ediblər ki, müsəlman xanımların geyimindən istifadə etməklə daha çox pul qazana biliblər. Həmçinin müştərilər də onlarla daha nəvazişlə davranıblar.
Respublika prezidenti Emoməli Raxmon ölkə qadınlarının cəmiyyətə xas olmayan geyimlərdən istifadədən öz narahatlığını bildirdikdən sonra hüquq-mühafizə orqanları reyd keçirib.
"Bəziləri qadın və qızlarımız arasında hicablı geyimi yaymaqla bizim ölkədə yeni ekstremis dalğa yaratmaq məqsədini güdürlər" - deyə o, çıxışında bildirmişdi.
Xatırladaq ki, Tacikistan hakimiyyəti 2 il əvvəl İran, Səudiyyə Ərəbistanı, Livan, Misir, Yəmən və Pakistanda dini təhsil alan 2705 tələbəni ölkəyə qaytarmışdı. Emoməli Raxmon bu addımı terrorizm və ekstremizmlə mübarizəsi çərçivəsində etdiyini demişdi.
Mənbə:> ANSPRESS