12 ölkədə qadınları hətta adam hesab etmirlər - Heyvandan da betər qaba davranış... » AzNews.info -Xəbər portalı

12 ölkədə qadınları hətta adam hesab etmirlər - Heyvandan da betər qaba davranış... – FOTO

12 ölkədə qadınları hətta adam hesab etmirlər - Heyvandan da betər qaba davranış...


Bütün zahiri sadəliyi və aydınlığı ilə dünyamız o qədər rəngarəng və ziddiyyətli olaraq qalır ki, onu düzgün dərk etməyə bəzən şübhə edirsən: bəzi şeylər indiyə qədər heyrətləndiricidir və bəzən də açıqcasına qorxudur. Həqiqətən təəccübləndiricidir ki, planetdə qabaqcıl texnologiyaların tətbiqi və kosmosun mənimsənildiyi bir dövrdə, hələ də barbar ənənələri daha da çiçəklənir.

Söhbət o ölkələrdən gedir ki, orda nəinki qadının heç bir hüququ yoxdur, həm də hər gün zorakılığa məruz qalır, bəzi hallarda isə həyatla vidalaşmaq risqi ilə üzləşir.



AzNews.info Moderator.az-a istinadən aşağıda qadınları adam hesab etməyən dövlətlərin siyahısını təqdim edir.

1. Əfqanıstan

Əfqan qadınların orta ömür uzunluğu çox deyil, təxminən 45 il. Milyonlarla dul qadın yaşamaq üçün dilənçilik edir. Yoxsulluq, hərbi münaqişələr, zorakılıq və erkən evlilik, qadınların ərləri və qohumları tərəfindən zorakılığa məruz qalması –bax budur yerli qadınların həyatı. Doğuş zamanı ölüm hallarının ən yüksək göstəricilərdən biri burdadır, tibb yoxdur. Axı, bu yaxınlaradək Əfqanıstan dünyəvi dövlət idi...
12 ölkədə qadınları hətta adam hesab etmirlər - Heyvandan da betər qaba davranış...


2. Konqo Demokratik Respublikası

"Demokratik"- bu çox şişirdilib, burada qadınlar ərinin icazəsi olmadan heç bir hüquqi sənəd imzalaya bilmirlər, əvəzində yerinə yetirməli olduqları öhdəliklər, vəzifələr nə qədər desən boldur. Daimi olan müharibələr üzündən konqolu qadınlara ön cəbhədə tez-tez rast gəlmək olur, onların bir çoxu həlak olur. QİÇS burada coşub-daşır, zorakılıq çiçəklənir, bəzən konqolu qadınlar heç bir kömək olmadan öz uşaqları ilə qalır.
12 ölkədə qadınları hətta adam hesab etmirlər - Heyvandan da betər qaba davranış...


3.Nepal

Bu ölkədə qadınlar partizan dəstələrinə daxil olur ki, özünü və evlərini müdafiə edə bilsin. Erkən nikahlar və doğuşlar burada alqışlanır, amma aclıq olduğu üçün taqətdən düşmüş sakinlər uzun müddət dözə bilmirlər- qızlar ölürlər. Bundan başqa, valideynlər yetkinlik yaşına çatana qədər qızlarını tez-tez satırlar.
12 ölkədə qadınları hətta adam hesab etmirlər - Heyvandan da betər qaba davranış...



4. Mali

Bu yoxsul ölkə öz qanlı mərasimləri ilə məşhurdur: Qızlar cinsi orqanlarının sünnəti kimi ağrılı prosedura məruz qalırlar. Yerli qadınlar tez ərə gedir, özü də bu, onların iradəsi ilə baş vermir. Hər on qadından biri doğuş və ya hamiləlik zamanı Malidə ölür.
12 ölkədə qadınları hətta adam hesab etmirlər - Heyvandan da betər qaba davranış...


5. Pakistan

Bu ölkədə təhlükəli adət-ənənələr ucbatından qadınlara həqiqətən çox çətindir . Ərə getməyə razı olmayan pakistanlı qızın üzünə bəyliyi baş tutmayan adaxlının kislota atması adi haldır, onu cehizinə görə öldürə bilərlər, xəyanətə görə daş-qalaq edərlər. Özünün təqsirsiz olmasını sübut etmək çox vaxt mümkün deyil, qatil isə doğma qardaşları və ya ata ola bilər.
12 ölkədə qadınları hətta adam hesab etmirlər - Heyvandan da betər qaba davranış...



6. Hindistan

Hindistanda oğlanlar qiymətləndirilir, buna görə də qız, artıq doğulandan ayrı-seçkiliyə məruz qalır: çoxları yetkinlik yaşına qədər yaşamırlar. Hindistanda fahişəliklə məşğul olsun deyə, cavan qızları çox vaxt oğurlayırlar. Bu rəqəmləri dərk etmək çətindir: ölkədə fahişəliklə məşğul olan adamların, demək olar ki, yarısı uşaqlardır.
12 ölkədə qadınları hətta adam hesab etmirlər - Heyvandan da betər qaba davranış...



7. Somali

Somalidə demək olar ki, xəstəxanalar yoxdur, bu o deməkdir ki, çətin doğuş birmənalı şəkildə ölümlə nəticələnə bilər və heç kəs qadına kömək edə bilməyəcək. Bundan başqa, burada qadınları daha çox zorlayır, nəinki evlənirlər. Malidəki kimi burda da qızları sünnət edirlər, yalnız bu zaman ölüm halı daha çox olur, ümumi fəlakətli vəziyyəti isə aclıq və quraqlıq daha da dərinləşdirir.
12 ölkədə qadınları hətta adam hesab etmirlər - Heyvandan da betər qaba davranış...


8. İraq

Bu ölkədə təriqətçilik baş alıb gedir: burda qızları oğurlamaq və ya zorlamaq adi haldır. Əvvələr kim işləyibsə indi evdə qalmağa məcburdur, onlar faktiki olaraq aclıq çəkirlər. Yaraqlılar 2014-ci ildə əsgərlərə intim xidmət göstərməkdən imtina eetdiklərinə görə 150-yə yaxın qadını edam ediblər.
12 ölkədə qadınları hətta adam hesab etmirlər - Heyvandan da betər qaba davranış...



9. Çad

Bu ölkədə qadının həyatı bütünlüklə və tamamən məxsus olduqları ərindən asılıdır, qızları isə 11-12 yaşında ərə verirlər. Kim ki, ölkənin şərqində, qaçqınlar düşərgəsində yaşayır, bəxti heç gətirməyib, orada qadınlar daimi döyülür və zorakılığa məruz qalırlar, onları sözün əsil mənasında izləyirlər.
12 ölkədə qadınları hətta adam hesab etmirlər - Heyvandan da betər qaba davranış...



10. Yəmən

Burada qadınlar təhsil ala bilmirlər. Səbəb sadədir - çatdırmırlar! Yeddi yaşından başlayaraq, burada qızları ərə verirlər, bundan sonra da hər cür hüquqlardan məhrum edirlər. Yeri gəlmişkən, Yəməndə bu problemi həll etməyə çalışırlar, amma hələlik xüsusi uğur əldə etməyiblər.
12 ölkədə qadınları hətta adam hesab etmirlər - Heyvandan da betər qaba davranış...


11. Səudiyyə Ərəbistanı

Baxmayaraq ki, Səudiyyə Ərəbistanı zəngin və perspektivli ölkədir, qadınlar üçün burada kütləvi məhdudiyyətlər mövcuddur. Bura dünyada yeganə yerdir ki, qadınların maşın sürmək hüququ yoxdur. Bir də, qadınlar əri və ya qohumu olmadan evi tərk edə bilməz , başqa kişilərlə danışmaq və ictimai nəqliyyatdan istifadə etmək olmaz. Onlar sifəti və bütün bədəni tam bağlayan paltar geyinməyə borcludurlar ( Qeyd edək ki, son bir ildə bu ölkənin varis şahzadəsi Muhammed bin Salaman artıq qadağaların çoxunu götürüb)
12 ölkədə qadınları hətta adam hesab etmirlər - Heyvandan da betər qaba davranış...



12. Qvatemala

Bu siyahıda daha bir ölkə var ki, orada qadınlar öz həyatına görə qorxmalıdırlar. Burada yüzlərlə qadını öldürürlər, özü də heç kim bu cinayətlərin araşdırılması ilə məşğul olmur, hərçənd tez-tez cəsədlərin yanında nifrət sözləri yazılmış kağızı tapmaq olar. Müntəzəm zorlama və döyülmə- yerli cəmiyyətin aşağı təbəqələrinin qadınları belə yaşayır.
Bütün bunları bilmək qəribə gəlir, xüsusilə adət etdiyimiz dünyada qadınlara nəinki bütün hüquqlar verilib, həm də onlar mühüm dövlət vəzifələri tutur və bütün dünyada məşhur siyasətçilərdir. Gün gələcək ki, qadınlar dünyanın bütün guşələrində də belə yaşaya biləcəklər.
12 ölkədə qadınları hətta adam hesab etmirlər - Heyvandan da betər qaba davranış...

Mənbə: Moderator.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *