Bakıda günlük kirayə evlərə tələbat artıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda günlük kirayə evlərə tələbat artıb

Bakıda günlük kirayə evlərə tələbat artıb

Paytaxtda günlük kirayə evlərə tələbat artıb.

Xezerxeber.az bildirir ki, bu, son vaxtlar turist axınının çox olması ilə əlaqədardır.

Rieltorlar deyirlər ki, turist axını gündəlik kirayə bazarını canlandırıb. Belə evlərin qiyməti 50 manatdan başlayır. Yerindən və şəraitindən asılı olaraq, qiymətlər bir neçə yüz manata qədər qalxır. Qiymətlərə otaqların sayı da təsir edir.

Ölkəyə gələn turistlər daha çox mərkəzdəki evlərə üstünlük verirlər. Şəhər mərkəzindəki sutkalıq evlərin qiymətləri 100 manatdan başlayır. Amma evin təmirindən asılı olaraq, qiymətlər hətta bir gün üçün 500 manata qədər də arta bilir.

Köhnə tikililərə nisbətən yeni tikililərdə qiymətlər daha bahadir.

Tələbat böyük olduğundan ev-alqı satqısı ilə məşğul olan şəxslər daha çox qazanc əldə etmək üçün evləri aylıq kirayə götürərək turistlərə günlük kirayəyə verirlər.

Mənbə: Xezerxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *