Bakının “Dağlı məhəlləsi”ində belə xəbərlər dolaşır ki… » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakının “Dağlı məhəlləsi”ində belə xəbərlər dolaşır ki… GÖRDÜKLƏRİMİZ, EŞİTDİKLƏRİMİZ

Bakının “Dağlı məhəlləsi”ində belə xəbərlər dolaşır ki…

“Sovetski”dən sonra Bakının ikinci böyük məhəlləsi hesab edilən, bir-birinə bitişik daxmalardan, eyni zamanda ara-sıra görünən ikimərtəbəli evlərdən ibarət “Dağlı məhəlləsi”ndə söküntü xəbərləri dolaşmaqdadır. Yerli sakinlərin 3-cü Yasamal adlandırdıqları ərazidə yola yaxın yerləşən evlərin sakinlərinə xəbərdarlıq edilib. İndi az qala hər tində söküntü xəbərləri müzakirə edilir, bir çoxları köç üstündədir.

…Yol kənarlarındakı iri ticarət mərkəzləri, dəbdəbəli ofislərlə “Dağlı məhəlləsi”nin gecəqondularını yalnız bir hasar ayırır. Yenicə təmir olunmuş, abadlaşdırılmış küçədən keçib dar dalanlara giririk. Burada yaşayanların əksəriyyəti işsizdir. Bir çoxları evlərinin həm də ona görə tezliklə sökülməsini arzulayırlar ki, şəhər kənarında ucuz qiymətə ev alsınlar, veriləcək kompensasiyadan onlar beş-on manat pul qalsın.

Bakının “Dağlı məhəlləsi”ində belə xəbərlər dolaşır ki…


“Evimi yerlə-yeksan etsinlər”

Tində dayanmış kişilər evlərinin sökülməsinə görə veriləcək kompensasiyanın məbləğıni müzakirə edirlər. Aralarından biri deyir ki, kasıbçılıq bütün xoş xatirələrini silib, beş-on manat pula görə doğulub-böyüdüyü evinin yerlə-yeksan olunmasını istəyir.

“Burda hamı evin hər kvadratına görə 2 min manat ödənilməsini tələb edəcək. Bizim məhəllədən metroya bir addımlıq yoldur. Yoxsa bir kərpici belə sökə bilməzlər. -deyir”. 74 yaşlı Məzahir Məmmədov isə deyir ki, başı kepkalı, əli təsbehli, ağır cayıllar qalmayıb. Dar şalvarlı qızları, əl-ələ keçən cavanları görəndə bu məhəllədə daşın-daş üstündə qalmasını istəmir.

Son sözü məhkəmə deyil, ağsaqqal söyləyir

Bakının “Dağlı məhəlləsi”ində belə xəbərlər dolaşır ki…


“Dağlı məhəlləsi”ndə qapını döymək lazım deyil, bütün qapılar açıqdır. Sakinlərdən Azadə Musayeva deyir ki, 1964-cü ildən “Dağlı məhəlləsi”ndə yaşayır, hələ bir dəfə də olsun, kiminsə qapısını bağlı görməyib: “Başqa məhəllələrə baxmayın, bizim xeyrimiz də, şərimiz də birdir. Məclis olanda kənardan köməyə ehtiyac qalmır, hamı bir nəfər kimi toplanır”.

İllər keçdikcə dağlıların bəzi ənənələri tarixə çevrilib. Məsələn, əvvəllər kənar məhəllələrə, xüsusilə də rayonlulara qız verilməzmiş. Azadə nənə deyir ki, indi qızın istəyi nəzərə alınır, ailə də məsləhət görsə kənara qız verilir. Amma ağsaqqal və ağbirçək sözü yenə də eşidilir. Məsələn, dağlı ailəsi boşanmağa qərar verdikdə son sözü məhkəmə deyil, ağsaqqallar verir. Ailələr yalnız sonsuz olduqda boşana bilirlər.

Bakının “Dağlı məhəlləsi”ində belə xəbərlər dolaşır ki…


Qız övladlarına peşə seçimində azadlıq verənlər də çoxalıb. Məsələn, son 30 ilədək təhsilini davam etdirmək istəyən qızlara yalnız müəllimə olmağa icazə verirlərmiş. İndi qızlar da oğlanlar kimi istədikləri peşəni seçə bilirlər. Hətta elə ailələr var ki, qızlarını xaricə oxumağa göndərə bilir.

Rayonlular dağlılara necə təsir etdi

57 yaşlı Şöhlət Əliyev deyir ki, dağlıların çoxu evlərini satıb Xırdalana, Masazıra köçdü. Rayondan gələnlər, xüsusilə də Qarabağlıların təsiri çox oldu. “Dağlılar da çörəyi daşdan çıxarırlar, amma elə bil rayonluların da təsiri çox oldu. Çoxları onlara baxıb evini genişləndirdi. İllər keçdikcə kənardan gələnlərlə qaynayıb-qarışdıq. O vaxt qız dalınca oğlan gələndə kənara çəkib başa salırdılar, indi heç kim üçün maraqlı deyil, kim gəldi, kim getdi”.

Bakının “Dağlı məhəlləsi”ində belə xəbərlər dolaşır ki…


Yaşlılardan fərqli olaraq cavanlar kənar rayonlardan gələn qonşuları çox da yaxına buraxmırlar. Sakinlərdən biri deyir ki, təkcə rəftar məsələsi deyil, oğlanların düşüncə tərzi də önəmlidir. Gərək mübahisələrdə qonşunun tərəfini saxlayasan, oturuşuna-duruşuna fikir verəsən. “Bizə tin uşaqları deyib keçməyin. Arvad dalınca danışmaq, kiminsə qızını, oğlunu müzakirə etmək bizlik deyil. Tində oturanda da gərək elə oturasan ki. yanından keçən yaşlı da, cavan da sənə hörmət eləsin”.

“Dağlı məhəlləsi”nin quşbazları

Dağlılar həm də quş sevdasına görə rayonlulardan seçilirlər. Onları sakitləşdirən yeganə məşğuliyyət də elə quşlardır. Mircavad Əhmədov deyir ki, uşaqlıqdan quş saxlayır. Hətta dəfələrlə quşlara görə mübahisələrə düşüb.

Bakının “Dağlı məhəlləsi”ində belə xəbərlər dolaşır ki…


“Kimi quşu uçuranda sakitləşir, kimi də yemləyəndə. Mən əsəbləşən kimi quşların balalarını yemləməsinə tamaşa edirəm. Quş saxlamasaydım bəlkə də əsəblərimə qalib gələ bilməzdim”, -deyir Mircavad.

Dağlılar arasında dosta, tanışa quş satmaq ayıb sayılır. Onlar yalnız kənar adamlara quş satırlar. Bizi quşbazlarla tanış edən Nazim Əsədzadə isə deyir ki, quşu oğurlamaq, zərər vurmaq davaya səbəb ola bilər. Xəstə quşu satmaq isə qarşı tərəfi təhqir etmək kimi bir şeydir.

Quşbazlar deyirlər ki, evlərinin sökülüb-sökülməsindən narahat deyirllər. Çünki şəhərin lap o başına getsələr də, quş saxlamaqdan vaz keçməyəcəklər. “Dəfələrlə olub ki, bərk hisrlənmişəm, amma quşu yemləyib sakitləşirəm. Səhərlər məhəlləyə gəlin, hər 10-15 evdən birinin üstündə ağ göyərçinlər uçur. Başqa hansı yerdə belə mənzərə görə bilərsiz?”-Mircavad söyləyir.

Bakının “Dağlı məhəlləsi”ində belə xəbərlər dolaşır ki…


Məmurların göyərçin sevgisi

Məhəllədə dolanışığını quşdan çıxaranlar da var. Göyərçinlərin qiyməti 2 manatdan başlayır. Amma bahalı göyərçin sifariş verənlər də var. Quşbazlardan biri deyir ki, daha çox məmurlar qiyməti 100-150 manata olan quşlardan alır. Belə quşlar sifarişlə xaricdən gətirilir. Qiymətlər quşların növündən və uçma saatından asılıdır. Eləsi var ki, 8-10 saat havada uçur. Bəziləri isə yalnız ayaqları tüklü olan, yaxud kəkilli Bakı quşlarına üstünlük verirlər.

“Dağlı məhəlləsi”ndə keçmişdən qalanlar bir də qırçılardır. Dağlılar deyirlər ki, qırın yerini heç nə vermir. Amma bununla belə, daha məhəllədə əvvəlki kimi qır tiyanları qaynamır. Damı qırlı evlərə də təsadüfən rast gəlinir.

Bakının “Dağlı məhəlləsi”ində belə xəbərlər dolaşır ki…


Məhəllədə söküntü ilə xəbər hamının əlini təmirdən soyudub. Amma cavanlardan fərqli olaraq qocalar minlərlə sakinin yaşadığı məhəllənin söküləcəyinə çox da inanmırlar, buldozerlər qapının ağzını kəsdirənə qədər də inanmayacaqlar...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *