Bakıda Novruz tədbirləri: “Keçən il daha yaxşı idi, indi ərəblər simicləşiblər...” » AzNews.info -Xəbər portalı


Bölmə: Manşet, Sosial

Bakıda Novruz tədbirləri: “Keçən il daha yaxşı idi, indi ərəblər simicləşiblər...”

Bakıda Novruz tədbirləri: “Keçən il daha yaxşı idi, indi ərəblər simicləşiblər...”

Bakı Novruz bayramını qeyd edir. Şəhərin mərkəzi küçələri bayram rənglərinə boyanıb.

Virtualaz.org saytı xəbər verir ki, artıq iki gündür xüsusilə İçərişəhər, Fəvvarələr meydanı və Nizami küçəsi turistlərlə qaynayır.

Onların arasında ərəblər və İrandan gələn soydaşlarımız daha çoxdur. Fəvvarələr meydanındakı kafe, restoran və barların qarşısında ərəb dilində reklam lövhələri vurulub, hər yandan ərəb musiqilərinin sədaları eşidilir.

Mərkəzi küçələrdə əl işlərinin sərgi-satış yarmarkası keçirilir. Yarmarkalarda kəlağayı, milli geyimli oyuncaqlar, bəzək əşyaları, rəsm əsərləri satışa çıxarılıb. Nizami küçəsindən metronun “Sahil” stansiyasına qədər hər yerdə Dədə Qorqud, Keçəl və Kosa geyimli şəxslərə rast gəlinir. Onlarla öz telefonu ilə şəkil çəkdirmək 3 manata başa gəlir.

Bakıda Novruz tədbirləri: “Keçən il daha yaxşı idi, indi ərəblər simicləşiblər...”


Turistlərin çoxluğundan istifadə edənlər də var. Məsələn, yarmarkanın giriş-çıxışında meymun və itlərlə dayanan şəxslər heyvanla şəkil çəkdirənlərdən 5 manat toplayırlar.

...İranın Ərdəbil şəhərindən gələn Nemət deyir ki, artıq 3 ildir Novruzu Bakıda qarşılayır. Yalnız kafelərdəki qiymətlərdən narazıdır. “Bakıdakı kafelər gözəldir, dadlı yeməklər verilir. Amma qiymət yüksəkdir. İçərişəhərdə kirayə qaldığım evin yaxınlığındakı kafedə səhər yeməyi 35 manata başa gəldi. Bu pulla Ərdəbildə 5 gün səhər yeməyi verirlər”,-Nemət söyləyir.

Ərəb turistləri isə daha sərbəstdirlər. Kimi çömbəlib, gəlib-gedənləri seyr edir, kimi də milli musiqilərin sədaları altında oynayır.

“Keçən il bundan yaxşı idi, indi ərəblər çox bicləşib”,-Nizami küçəsindəki kafenin ofisiantı deyir. Əlavə edir ki, indi çoxları yalnız dönər sifariş edir və ya çay alıb özləri ilə gətirdiyi şirniyyatı yeyirlər. Bu da bəzən narazılıqla qarşılanır: “Bir də görürsən, on adam gəlib, çay alıb oturur. Özləri ilə gətirdikləri şirniyyatı, yeməyi yeyirlər. Əvəzində yeri 2 saat məşğul edirlər, zibillərini atıb çıxırlar, biz təmizləyirik”.

Bakıda Novruz tədbirləri: “Keçən il daha yaxşı idi, indi ərəblər simicləşiblər...”


Digər ofisiant da ərəblərdən şikayətçidir. Deyir ki, uşaqlara nəzarət edən yoxdur. Masadakı güldanı sındırırlar, əllərini silib kağızı yerə atırlar. “İngilislər daha səxavətlidirlər, “çaypulu” verirlər. Ərəblər ötən il bundan daha çox pul xərcləyirdilr”.

Türkiyədən gələn turistlər isə deyirlər ki, onlar Novruz bayrami keçirmirlər. Bu bayramı yalnız Anadolu bölgəsində, Naxçıvanla sərhəddə qeyd edirlər. Amma nə kosa, nə keçəl, nə də papaqatdı adəti yoxdur. İlk dəfədir Novruz bayramının belə təntənə ilə keçirilməsinə şahiddirlər. “Şəkərbura və qoğalı, bir də plovu çox bəyəndim. Papaqatdı da xoşuma gəldi. Bu bir növ gözəl nemətləri bir-biri ilə paylaşmaq kimi gözəl adətlərdəndir”,-aralarındakı nisbətən yaşlı qadın deyir.

Fars əsilli turist isə deyir ki, Bakıda özünü Avropadakı kimi hiss edir. Kafelərdə qulluq yüksək səviyyədədir, insanların geyiminə qadağa qoyulmur.

Bakıya gələn qonaqlar arasında fransız və ingilislər də var. Ərəblərdən fərqli olaraq onları daha çox İçərişəhərdəki muzeylər, əl işlərinin sərgi yarmarkası maraqlandırır...

İki gündür Fəvvarələr meydanında açıq havada bayram konserti keçirilir. Buna görə də şəhərin mərkəzi küçələrində sıxlıqdır, kafe və restoranlara yaxın düşmək mümkün deyil.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *