Ərəblər Bakıda: Qızlarınız açıq-saçıq geyinir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ərəblər Bakıda: Qızlarınız açıq-saçıq geyinir – FOTO

Ərəblər Bakıda: Qızlarınız açıq-saçıq geyinir


Bu il Azərbaycana gələn turistlərin sayı ötən illərlə müqayisədə xeyli artıb. Bakının mərkəzi küçələrində ərəb, iranlı turistə, eləcə də digər millətlərin nümayəndələrinə rast gəlmək olar. Ərəblərin sayı digərləri ilə müqayisədə çoxluq təşkil edir.
Oxu.Az Azvision.az-a istinadən xəbər verir ki, son günlər sosial şəbəkələr və ictimaiyyət arasında ən çox müzakirə olunan məsələlərdən biri də ərəblərin Bakıya axınıdır. Zəngin ərəblər Bakıya niyə gəlirlər?

Bu sualı Bakının əncəbi qonaqları özləri cavablandırıblar.

Ailəsi ilə istirahət etmək üçün Bakıya gələn Məhəmməd dövlət işində çalışır. O, Azərbaycana həyat yoldaşı, 5 uşağı və xidmətçiləri ilə birgə gəldiyini deyir.

“Bakının belə gözəl və sərin olacağını gözləmirdim. Dubayda biz evdə və ofisdə kondisioner altında işləyirik. Yalnız axşamlar çölə çıxa bilirik. Sizdə isə fərqi yoxdur, günün istənilən vaxtə küçəyə çıxıb gəzmək olar. Bakının havası, dənizi bizi valeh edir. Məncə, siz bu baxımdan bizdən daha şanslısınız”.

Ərəblər Bakıda: Qızlarınız açıq-saçıq geyinir

Taliyə adlı ərəb xanım Dubaydan Bakıya gəzməyə gəlib. Bank işçisi olduğunu deyən xanımı Bakıda təəccübləndirəm məqam qadınların hicabsız rahat gəzməsidir.

“Doğrudur, mən bir çox ölkələrdə olmuşam. Qadınların hicabsız gəzməyi maraqlı, həm də qəribə görünür. Sizdə yalnız yaşlı qadınlar başlarını bağlayırlar. Qızlarınız qapalı geyinmirlər, küçədə rahat geyimlərdə, başıaçıq gəzə bilirlər. Bu mənim xoşuma gəlir. Onu da deyim ki, Dubayla müqayisədə bura nisbətən ucuzdur. Bizdə hər şeyin qiyməti bahadır. Mən anlayıram ki, bizim ölkə zəngindir, qiymət bahalığı bu səbəbdəndir. Bakıda nəisə almaq və ya yemək sifariş vermək mənim büdcəmə uyğun gəlir. Sizin mətbəxinizdə ən çox kabab və kiftəni xoşlayıram. Çətinliyim isə ondan ibarətdir ki, Bakıda insanlar daha çox rus dilində danışırlar, mən isə ingilis dilini bilirəm”.
Ərəblər Bakıda: Qızlarınız açıq-saçıq geyinir

Səudiyyə Ərəbistanından olan Mənsur Bakının havasına heyran qalıb. Ərəb qonaq zarafatla deyir ki, yəqin, cənnət də belə hava olacaq.

“Mən ingilis dilini çox az bilirəm. Bu səbədən kimləsə ünsiyyət qura bilmirəm. Bakının havası çox xoşuma gəlir. Nəfəs aldıqca başımı qaldırıb səmaya baxıram, deyirəm yəqin Allahın cənnəti belə olur. Bir də insanlarınız gülərüzdülər. Bu çox xoşuma gəlir. Hərdən sizin vətəndaşlar gəlib məndən soruşurlar ki, sizdə yenə də dörd arvadlılıq var? Gülüb deyirəm ki, yox, bu adamdan asılıdır. Ərəblərin hamısı heç də 4 arvad almır. Nədənsə bu mənə gülməli gəlir”.
Ərəblər Bakıda: Qızlarınız açıq-saçıq geyinir

Urmiyadan Azərbaycana təşrif buyuran Şəbnəm adlı turist:

“Bakıya ilk dəfədir gəlirəm. Buranı internetdən izləyirdim. İndi burada olmaq, Bakının küçələri ilə gəzmək mənə çox qəribə gəlir. Qadınlarınız çöldə başqa cür geyinir, başlarını bağlamırlar. Bakı çox müasir şəhərdir. Yeməklərinizin adları qəribədir. Amma çox dadlı yeməkləriniz var. Bir yeməyi eyni ərzaqlardan, eyni qayda ilə hazırlayırıq. Məsələn, bizdə “Mirzəqasım” adlındırdığımız yemək sizdə başqa cür adlanır, dadı da fərqlidir”.
Ərəblər Bakıda: Qızlarınız açıq-saçıq geyinir

Ərəb turistlərin bir çoxu Azərbaycan qızlarının açıq-saçıq geyiminə təəccübləndiyini söyləyib: “Azərbaycan əhalisinin müsəlman olduğunu bilirdik. Düşünürdük ki, sizin xanımlar qapalı geyinirlər. Amma gördüyümüz mənzərə bizi təəccübləndirdi. Qızlarınız çox sərbəst həyat yaşayırlar”.
Ərəblər Bakıda: Qızlarınız açıq-saçıq geyinir

Ərəblər Bakıda: Qızlarınız açıq-saçıq geyinir

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *