Tiflisdən Bakıya pul gəlir
Bu ilin 5 ayında Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 636 min dollar pul köçürülüb.
APA xəbər verir ki, bu, 2015-ci ilin may ayı ilə müqayisədə 35,2 min dollar və ya 5,86% çoxdur. Aprel ayı ilə müqayisədə may ayında Gürcüstandan ölkəmizə pul axını 60,5 min dollar və ya 10,51% artıb. Ümumiyyətlə, hazırda bu ölkədən Azərbaycana köçürülən pulun Gürcüstandan xaricə köçürülmüş pul vəsaitlərində xüsusi çəkisi 4,03%-ə bərabərdir.
Hesabat dövrü ərzində Azərbaycandan Gürcüstana 985,1 min dollar pul göndərilib ki, bu da 2015-ci ilin may ayına nisbətən 380,3 min dollar və ya 27,85% azdır. Bu ilin may ayı ilə aprel ayını müqayisə edəndə məlum olur ki, son 1 ildə olduğu kimi ay ərzində də Azərbaycandan Gürcüstana pulköçürmələrin həcmi 86,5 min dollar və ya 8,07% azalıb.
Bu ilin 5 ayının nəticələrinə görə, Azərbaycandan bu ölkəyə köçürülən vəsait ümumi pul köçürməsinin 1,06%-ni təşkil edib.
Mənbə:> APA