Ərəb şeyxin Azərbaycandakı 500 min manatlıq evindən REPORTAJ » AzNews.info -Xəbər portalı

Ərəb şeyxin Azərbaycandakı 500 min manatlıq evindən REPORTAJ

Ərəb şeyxin Azərbaycandakı 500 min manatlıq evindən REPORTAJ


AzNews.info AzVision.Az-ın “Ərəb şeyxin Azərbaycandakı evindən REPORTAJ”-ı təqdim edir.

Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun yenidən Azərbaycana gəlməsi ilə bağlı məlumat vermişdik. Tez-tez ölkəmizə səfərdə olan ərəb milyader mətbuatda yer alan xəbərlərə görə, Hacıqabul rayonunun Qarasu kəndində 500 min manat dəyərinə ev alıb.

Gənc milyader öz komandası ilə yenidən Azərbaycana gələrək ov etmək üçün bu dəfə Saatlı rayonuna üz tutub. Saatlı sakinlərinin verdiyi məlumata görə, rayona 50 nəfərədək ərəb qonaq gəlib. Onlar Saatlı şəhərinin mərkəzində hər cür şəraiti olan iki lüks ev kirayələyiblər.

Ümumiyyətlə, ərəblərin son vaxtlar ölkəmizə tez-tez səfər etməsi maraq doğurur. Onların səfərləri ilə bağlı müxtəlif məlumatlar yayılır. Ərəb qonaqların ölkəmizə ov etmək üçün gəldiyi bəyan edilsə də, bu səfərlərin arxasında başqa maraqların olduğu da iddia edilir.

Ərəb şeyxin səfərini araşdırmaq məqsədi ilə Hacıqabul rayonunun Qarasu kəndinə yollandıq. Yağışlı hava olduğundan kənddə çox adam gözə dəymirdi. Sanki hamı qeybə çəkilib, şeyxin evini soruşacaq bir adam tapa bilmirdik.

Ərəb şeyxin Azərbaycandakı 500 min manatlıq evindən REPORTAJ


Nəhayət, bir qədər getdikdən sonra Göyüş adlı kənd sakini qarşımıza çıxdı. Ondan şahzadənin evinin ünvanını soruşduq. Kənd sakini yuxuda cin görmüş kimi cavab verdi: “Nə lazımdır ki, sizə? Tutaq ki, şeyxin evinin yerini dedim, nə edəcəksiz?”.

Ərəb şeyxin Azərbaycandakı 500 min manatlıq evindən REPORTAJ


Bizi hansısa kəşfiyyat idarəsinin agenti kimi qələmə verən kənd sakini ilə uzun dialoqdan sonra şeyxin yeni aldığı evin ünvanını öyrənə bildik: “Bax, indidən deyirəm, sizi oranın heç 50 metrliyinə belə buraxmayacaqlar. Boş yerə bu havada özünüzü yormayın. Kimliyindən aslı olmayaraq, ora heç kimi buraxmırlar. Güclü nəzarət var. Hər tərəfdə mühafizəçi qoyublar”.

Ərəb şeyxin Azərbaycandakı 500 min manatlıq evindən REPORTAJ


Göyüş kişi bu narahatçılığını belə izah edirdi: “Sizdən çox xahiş edirəm ərəblərin əleyhinə heç nə yazmayın. Kəndimizin 20-yə yaxın gənci orada işləyir. Yaxşı maaş da alırlar. Birdən işdən çıxararlar, çörəyimizə dəyməyin.

Kənd uşaqları ərəblər üçün fəhləlik edirlər, bağa, maşınlara baxırlar. Yazılar başlarını salıb, işlərini görürlər. Guya ərəblər burda neynirlər ki? Özləri ilə quş gətirib uçurdurlar da...”.

Kənd sakininin dediyinə görə, ərəb şahzadənin özü ilə Dubaydan gətirdiyi quşların qiyməti 50 min manatdan bahadır.

“Onlar özləri ilə çox qiymətli quşlar gətiriblər. Bunlar 50 min dollardan baha olan şahin quşlarıdır. Hər gün quşları uçurdular. Quşlara nəsə olsa, bizim uşaqları işdən çıxaracaqlar. Quşlar üçün onlar xaricdən həkim də gətiriblər. Həkim quşları hər gün müayinə edir”.

Ərəb şeyxin Azərbaycandakı 500 min manatlıq evindən REPORTAJ


Kənd sakinlərinin təkidlərinə baxmayaraq, Şahzadənin yeni evinə üz tutduq. İqamətgahı xatırladan evin önündə bizi qarşılayan mühafizəçilər gəliş səbəbimizi soruşanda jurnalist olduğumuzu dedik.

Bizi dörd bir tərəfdən əhatəyə alan mühafizəçilər “bura gəldiyiniz kimi eləcə də geri qayıdın. Heç kimə icazə verilmir. Başınız ağrımadan buranı tərk edin, yoxsa biz özümüz sizi buradan qovacağıq. Bu rəhbərimizin qəti göstərişidir”-deyə xəbərdarlıq etdilər.

Uzun çəkən söhbətdən sonra çətinliklə də olsa işçiləri danışdıra bildik:

Özünü şeyxin baş mühafizəçi kimi qələmə verən Tural adlı şəxsin sözlərinə görə, ərəb şeyx onlara ciddi tapşırıq verib ki, onun səfərləri ilə bağlı heç kimə məlumat verilməsin, əks təqdirdə onlar işdən qovulacaq.

“Bizə göstəriş verilib ki, heç kimi evin yaxınlığına buraxmayaq. Biz öz işimizi görürük, bunun müqabilində maaş alırıq”.

“Şeyx Hacıqabula tez-tezmi gəlir?” sualına mühafizəçi belə cavab verib: “Şeyx özu burada olmasa da onun qohumları mütəmadi olaraq burda olurlar. Onlar istirahətə gəlmirlər. Burada quş saxlayırlar. Özləri üçün çadr qurub, yaşayırlar”.

Mühafizəçi söhbət əsnasında bildirib ki, bəzi telekanallar çəkiliş üçün müraciət etsə də, şahzadə buna razılıq verməyib.

Ərəb şeyxin Azərbaycandakı 500 min manatlıq evindən REPORTAJ


Müsahibimiz daha sonra deyib: “Ərəblərin heç kimlə işləri yoxdur. Onlar kənddə yaşayan yoxsullara ərzaq və müxtəlif yardımlar edirlər. Köməyə ehtiyacı olanların əlindən tuturlar. Kəndin kasıb sakinlərinə pul da verirlər. Bunun nəyi pisdir ki?”.

Daha bir fakt məlum olub ki, şeyx kənd sakinlərindən ancaq kişilərin evə daxil olmasına icazə verir, qadınlar işə götürülmür.

“Bu evlərə qadınların girişi qadağandır. Orada yalnız kişilər işləyir. Qadınları işə götürmürlər. Deyirlər ki, kişi olan yerdə qadının işləməsi yolverilməzdir. Ümumiyyətlə deyim ki, çox yaxşı insanlardır. Özləri ilə Dubaydan yemək bişirmək üçün aşpaz da gətiriblər. Kənd sakinlərinin onlara yaxınlaşmasına icazə verilmir.

İşçilər evə yaxınlaşan kimi telefonları əllərindən alınır. Bir də işdən çıxanda verilir. Axşam saat 9 olan kimi evin qapıları bağlanır, heç kimi içəri buraxmırlar”.

Söhbətimiz zamanı ərəblərin maşınlara əyləşərək həyətdən çıxmasının şahidi olduq.

Ərəb şeyxin Azərbaycandakı 500 min manatlıq evindən REPORTAJ


Mühafizəçi bildirdi ki, şahzadə (Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumu-red) qonaqları ilə ova gedir.

Çəkiliş aparmaq istədikdə, mühafizəçilər bizə təzyiq göstərməyə başladılar.

Əməkdaşımızın əlindən fotokameranı alan baş mühafizəçi israrla bizi ərazidən uzaqlaşdırmağa çalışdı.

“Sizin burada çəkiliş aparmağınıza icazə verilmir. Bir daha deyirəm, getməsəniz, zor tətbiq edəcəyik”.

Uzun sürən söz-söhbətdən sonra bir güclə kameranı mühafizəçilərdən alıb, geri qayıdırdıq ki, yaşlı bir kişi bizi yanına çağırdı.

Ərəb şeyxin Azərbaycandakı 500 min manatlıq evindən REPORTAJ


Hamının “ağsaqqal” deyə çağırdığı kənd sakini kişi bizi kənara çəkib, ürəyini boşaltmaq istəyirdi: “Oğlum, biz burada çörək qazanırıq. Bizə maaş verirlər. Mən 25 il Rusiyada işləmişəm. İndi də kəndə gəlmişəm. Amma iş tapa bilmədiyim üçün gəlib ərəblərin evində fəhləlik edirəm. Çörək pulumu qazanıb, ailəmi saxlayıram. Yaxşı is tapsam niyə gəlib ərəblərə hamballıq edim ki? Balalarım ac qalmasın deyə işləyirəm. Biz burada heç kimik”.

Ərəb şeyxin Azərbaycandakı 500 min manatlıq evindən REPORTAJ


Ramil adlı kənd sakini də “ağsaqqal”ların sözünə qoşulub, çarəsizlikdə ərəblərin evində işlədiyini deyir.

“Əsgərlikdən 6 ay olar gəlmişəm. İş tapa bilmədim. İndi gəlib ərəblərin maşınlarını yuyuram. Ayda 200-300 manata yaxın maaş alırıq. Biz onların paltarlarını da yuyuruq. Evlərini də süpürüb, təmizlik işləri görürük”.

Ərəb şeyxin Azərbaycandakı 500 min manatlıq evindən REPORTAJ

Mənbə: AzVision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *